Türkiyə heç bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Misir hərbi komandanlığının Ankaranın öz bəyanatları ilə Misirin daxili işlərinə qarışması barədə ittihamlarını şərh edərkən söyləyib.
“Misir xalqı parlament və prezidenti seçib və əgər ümumxalq səsverməsi ilə seçilmiş qurumlar buraxılırsa, bu, təbii ki, anlaşılmazlıq yaradacaq”, - deyə Ə.Davudoğlu çərşənbə günü Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Türkiyə Misirə dost dövlətdir və Misir xalqının iradəsinə inanır.
“Misirdə baş verən istənilən mənfi hal bütün regiona təsir göstərir”, - deyə nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Misirdə sabitlik Türkiyə üçün vacibdir.
“Misir bizə dost və qonşu ölkədir. İndi burada sabitlik hər zaman olduğundan daha çox vacibdir”, - deyə Ə.Davudoğlu bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət