2013-cü ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxili ötən ilin analoji dövrü ilə müqayisədə 17,1% - 9,525 mlrd. manata qədər artıb. Bu barədə maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
Nazirlər Kabinetinin iclası cümə axşamı prezident İlham Əliyevin sədrliyi ilə keçirilib.
“Cari ilin 6 ayında dövlət büdcəsinin mədaxili 9 mlrd. 525 mln. manat və ya proqnoza nisbətdə 113,4% yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1% (1 mlrd. 391 mln. manat) çox olub. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4% və ya 8 mlrd. 730 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 mlrd. 620 mln. manat və ya 22,8% çox icra edilib”, - deyə S.Şərifov bildirib.
2013-cü ilin birinci yarımilliyində Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 11 mlrd. 257 mln. manat, xərcləri isə 9 mlrd. 818 manat və yaxud 2012-ci ilin eyni dövrünə nisbətən 1 mlrd. 765 mln. manat (21,9%) çox icra olunub.
Dövlət büdcəsi xərclərinin 26,7%-i və ya 2 mlrd. 331 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 mln. manat çox olub.
“Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 mln. manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 mln. manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 mln. manat, Dövlət Neft Fondunun büdcəsindən 158 mln. manat vəsait ayrılıb”, - deyə o qeyd edib.
Dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 3 mlrd. 449 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 935 mln. manat və ya 37,2% çoxdur.
“Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 2 mlrd. 129 mln. manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 858 mln. manat, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 93 mln. manat, Bakı Metropoliteninə 326 mln. manat, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş qazlaşdırma tədbirlərinə 80 mln. manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidən qurulması üçün 430 mln. manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün 187 mln. manat vəsait yönəldilib. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərenerji” Şirkətinə 100 mln. manat vəsait ayrılıb”, - deyə S.Şərifov vurğulayıb.
Altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 225 mln. manat vəsait sərf edilib. Bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 107,0 mln. manat və ya 1,9 dəfə çoxdur.
Hesabat dövründə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 139 mln. manat, ölkəmizin rayon və şəhərlərin yerli xərclərinə 424 mln. manat dotasiya ödənilib.
“Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunan kreditlər hesabına 400 mln. manat məbləğində vəsait istifadə edilib”, – deyə nazir məlumat verib.
Dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həlli vacib hesab edilən sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi, bir sıra sosial məsələlərin həlli üçün 200 mln. manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanıb.
Onun sözlərinə görə, növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları, ölkəmizdə keçiriləcək möhtəşəm idman yarışları, beynəlxalq və digər dövlət tədbirləri üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət