Qəbələ V Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Bu barədə cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramının iştirakçılarını və qonaqlarını salamlayıb.
Festival Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsertlə başlayıb. Konsertdə P.Çaykovsinin “Yevgeni Onegin” operasından Polonez, Türkər Qasımzadənin “Balet suitası”, Ayaz Qəmbərlinin “Divertisment”, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” simfonik poeması, Kərəm Əkbərovun “Azərbaycan” poemasından parçalar səsləndirilib.
Orkestrə Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, eləcə də Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov dirijorluq ediblər.
Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan gələn musiqiçilər, dirijor və vokalistlər iştirak edəcəklər.
Festivalın qonaqları arasında Oksana Yablonskaya, Dmitri Yablonski, Yuri Başmet, Boris Berezovski, Nina Koqan, Aleksandr Solovyov və və digər tanınmış musiqiçilər var.
Bundan başqa, Yerusəlim Simfonik Orkestri, “Yeni Rusiya” Simfonik Orkestri, həmçinin Kuba caz qrupunun çıxışları gözlənilir.
Festivalda Azərbaycanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri təmsil edəcək. Xalq artistləri Yalçın Adıgözəlov, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Fərhad Bədəlbəyli və başqalarının çıxışı planlaşdırılır.
Festivalın son tədbirləri avqustun 6-da baş tutacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət