Erməni lobbisinin nümayəndələri cümə axşamı Los-Ancelesdə nüfuzlu Beynəlxalq Ziyarətçilər Şurası (International Visitors Council) tərəfindən təşkil edilən və Azərbaycana həsr olunmuş tədbiri pozmağa çalışıblar. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndələri səs-küy salaraq tədbiri pozmağa çalışsalar da, iştirakçıların kəskin etirazı ilə üzləşərək rüsvayçı şəkildə tədbiri tərk etməyə məcbur olublar.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa, İsrail və qonşu dövlətlərlə münasibətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat verib.
İrəvanın işğalçılıq siyasəti barədə danışan diplomat vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı beynəlxalq hüququn və fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. N.Ağayev qeyd edib ki, Ermənistan rəhbərliyinin yürütdüyü siyasət nəinki bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına mane olur, həmçinin erməni xalqının gələcəyini böyük sual altında qoyur, ölkəni bundan da böyük fəlakətlərə sürükləyir.
Diplomatın sözlərinə görə, Ermənistan hökumətinin qeyri-konstruktiv siyasətinin nəticəsi olaraq bu ölkənin əhalisi son 22 il ərzində bir milyon azalıb və son beynəlxalq rəy sorğusuna görə, burada yaşayan əhalinin yarısından çoxu Ermənistanı daimi olaraq tərk etmək arzusundadır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət