Azərbaycan ölkədə yüksək səviyyədə demokratik seçkilərin keçirildiyini dünyaya bir daha göstərməlidir. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bəyan edib.
“Biz bir daha dünyaya ölkədə yüksək səviyyədə demokratik seçkilərin keçirilməsini göstərməli, eləcə də vətəndaşlarımızın öz iradəsini azad ifadə etməsi üçün şəraiti təmin etməliyik”, - deyə Z.Nağdəliyev bazar ertəsi dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil edilmiş ixtisaslaşdırılmış kurslarda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda seçkilər ildən-ilə daha da təkmilləşərək ən yüksək dünya standartlarına cavab verib.
“Azərbaycanda yüksək seçki mədəniyyəti var. Ölkədə seçicilərin öz iradəsini azad ifadə edə bilmələri üçün hər cür lazımi şərait yaradılıb və seçki komissiyalarının əməkdaşları üçün seminarların təşkili demokratik seçkilərin daha da yüksək səviyyədə keçirilməsinin təmin edilməsinə yönəldilib”, - deyə o vurğulayıb.
Z.Nağdəliyev qeyd edib ki, bu yaxınlarda ölkənin seçki komissiyalarında monitorinq keçirilib və “biz indi Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə aşkar edilmiş bütün nöqsanların aradan qaldırılması, müşahidəçilər, seçicilər və müvafiq orqanların əməkdaşları üçün ən yaxşı şəraitin yaradılması istiqamətində əlimizdən gələni edirik”.
Şöbə müdiri seçkiqabağı təşviqat kampaniyasının düzgün təşkilinin və seçici siyahılarının dəqiq tərtib edilməsinin vacibliyini vurğulayıb.
“Biz ölkəmizdə keçirilən seçkilərin demokratikliyini dünyaya nümayiş etdirməyi qarşımıza məqsəd qoymuşuq, ötən seçkilərdə məntəqələrin 10 faizində seçkilərin gedişini internet vasitəsi ilə izləmək mümkün idi. İndi isə prezidentin göstərişi ilə bu rəqəmi 20 faizə qaldırmışıq. Hər beş məntəqədən birində izləmə cihazları quraşdırılacaq”, - deyə o bildirib.
Dövlət başçısının ölkədə seçkilərin şəffaflığının təmin edilməsi barədə tapşrığını xatırladan Z.Nağdəliyev deyib ki, bütün proses şəffaf keçməlidir. “Bizim təcrübə və biliklərimiz buna imkan verir”,- deyə o əlavə edib.
Z.Nağdəliyev səsvermə prosesinə müdaxilənin yolverilməz olduğunu və bu prosesdə azad seçimin təmin edilməsinin vacibliyini vurğulayaraq, ölkədə növbəti prezident seçkilərinin əvvəlki illərdəkindən daha demokratik və azad şəraitdə keçirilməsini arzuladığını bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət