Çərşənbə günü Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) seçkiöncəsi monitorinqin nəticələrini təqdim edib.
“May ayından başlayaraq AVCİYA dörd mərhələdə seçkilərin müşahidəsini həyata keçirir. Yekunlaşan birinci mərhələdə 12 qəzetin monitorinqini aparmışıq. İyun ayında seçki ilə bağlı xəbərlərin sayı nisbətən artaraq 2,47% olub. Lakin may ayı ilə müqayisədə 0,21% geriləmə müşahidə edilib”, - deyə AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.
Onun sözlərinə görə, ölkədə rəqabət qabiliyyətli seçki mühitini əks etdirə bilən dörd müxalifət, dörd iqtidar və dörd müstəqil qəzet arasında monitorinq aparılıb.
“Yazıların 50%-i “seçki prosesləri”nə, 19%-i “iqtidar-müxalifət” mübarizəsinə, 31%-i “namizədlərin təbliğatı”na həsr olunub. Ümumilikdə 12 qəzetdə 676 yazı çap olunub, onların internet səhifəsində isə 285 yazı yerləşdirilib”, - deyə M.Zülfüqarlı qeyd edib.
O bildirib ki, iyun ayı ərzində seçki xəbərləri informasiyaların ümumi sayının 10,27%-ni təşkil edib.
M.Zülfüqarlı həmçinin namizədlər və seçicilər arasında qarşılıqlı münasibətlərə toxunaraq vurğulayıb ki, Azərbaycanda bu münasibətlər düzgün formalaşmayıb.
“Namizədə kömək etmək əvəzinə seçicilər ondan yardım istəyirlər. Dünyanın inkişaf etmiş ölkələrində seçicilər namizədlərini dəstəkləmək üçün fondlar yaradır”, - deyə o vurğulayıb.
M.Zülfüqarlının sözlərinə görə, avqustun 10-dan Assosiasiya müşahidəçilər üçün seminarların keçirilməsinə başlayacaq.
“Bütün bölgələrdə və məntəqələrdə AVCİYA müşahidəçiləri təmsil olunacaq. Məqsəd şəffaf və demokratik keçirilən seçkilərə öz töhfəmizi vermək, o cümlədən seçki fəallığı və qanun pozuntusunun olub-olmamasını müəyyənləşdirməkdir”, - deyə M.Zülfüqarlı qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət