SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Bakı və Abşeron üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron Məlumatlar Bazasını (elekton xəritələrini) yaradıb. Bu barədə İB-nin məlumatında deyilir.
““Azəriqaz” İB-nin orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron Məlumatlar Bazasının yaradılması istiqamətində görülən işlər müvəffəqiyyətlə başa çatıb. Belə ki, Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2013-cü illərdə “ArcGİS” proqram təminatında Bakı şəhərinin 11 rayonu və Abşeron rayonu üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin elektron xəritələri yaradılıb, - deyə məlumatda bildirilir.
Rayonların orta və yüksək təzyiqli qaz şəbəkəsinə aid olan bütün qurğular və avadanlıqlar, qazpaylayıcı stansiyalar, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, separator və s. haqqında Qaz İstismar Sahələri tərəfindən təqdim edilmiş məlumatlar dəqiqləşdirilib və Elektron Məlumatlar Bazasında yerləşdirilib.
Qeyd edək ki, Elektron Məlumatlar Bazası on-line rejimdə qaz şəbəkəsinə nəzarət etmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır. Elektron xəritələrin daim operativ şəkildə yenilənmək imkanları var. Köhnə xəritələrdən fərqli olaraq, müasir xəritələrdə əks olunan informasiyalar əsasında bir çox məsələlərin həllinə cavab tapmaq mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət