Planet əhalisinin daha mütərəqqi və aparıcı hissəsi olan dünya gəncləri beynəlxalq terrorizm, separartizm, müharibə, eləcə də xalqlar və ölkələr arasında düşmənçiliyə qarşı mübarizədə öz səylərini birləşdirməlidirlər. Bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov bəyan edib.
“Gənclər bu mübarizənin önündə getməli və gələcək bəşəriyyətin formalaşmasında fəal rol oynamalıdırlar, bu, planetin işıqlı gələcəyinin təmin edilməsi nöqteyi-nəzərindən vacibdir”, - deyə Ə.Əhmədov çərşənbə günü Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “gənclər gələcəyin simasıdır və bu gün necə gənclik formalaşırsa, planetin gələcəyi də elə olacaq”.
“Təhsilli, sağlam, intellektual, mədəni gəncliyin tərbiyə edilməsi Azərbaycan dövlətinin prioritet istiqamətidir və biz ölkəmizin gənc nəsli ilə qürur duyuruq. Gənclər planetimizin gələcəyidir, hər bir ölkə gənc nəslə böyük ümidlər bəsləyir. Bugünkü gəncliyin xoşbəxt gələcəyinin təmin edilməsi üçün lazımi şəraitin yaradılması ICAPP təşkilatının da əsas vəzifələrindən biridir”, - deyə Ə.Əhmədov söyləyib.
O qeyd edib ki, Asiya regionu gələcəkdə dünyada gedən proseslərin inkişafına böyük töhfələr verə bilər.
“Bu gün qloballaşma şəraitində dünya sürətlə inkişaf edir ki, bu da böyük problemlər yaradır və onları həll etmək lazımdır. Bu gün bir ölkədəki sabitlik digər ölkədəki ədavətlə, dostluq və tərəqqi separatizm və millətlərarası düşmənçiliklə müşayiət olunur. Yer üzündə bəlaların yayılmasının qarşısının alınması üçün ümumi səylər birləşdirilməlidir. Sübut olunub ki, yalnız və təcrid olunmuş şəkildə xoşbəxt olmaq olmaz. Gənclər bunu yadda saxlamalıdırlar”, - deyə Ə.Əhmədov bildirib.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan YAP-ın sədr müavini deyib ki, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalının davam etməsi Azərbaycan gəncliyinin qaçqın və məcburi köçkün düşmüş hissəsinin taleyinə böyük zərbə vurub və vurmaqda davam edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət