Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin Rusiya prezidenti Vladimir Putinin çərşənbə axşamı Bakıya səfərinin yekunlarını yüksək qiymətləndirir.
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri çox vaxtında baş tutdu və əgər səfəri beş ballıq şkala üzrə qiymətləndirsək, ona “beş” qiyməti vermək olar”, - deyə M.Zabelin “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Rusiyanın dövlət başçısının Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşü iki ölkə arasında münasibətlərin intensiv inkişafından xəbər verir.
“Son zamanlar bizim Rusiya ilə münasibətlərimizin guya korlanmasına dair söz- söhbətlər gəzirdi. Vladimir Putinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılan danışıqlar, əməkdaşlığa dair imzalanan sənədlər göstərdi ki, bu şayiələr tamamilə əsassızdır”, - deyə M.Zabelin qeyd edib.
Deputat Rusiya liderinin səfərinin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkiləri ərəfəsində baş tutması nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıdığını bildirib.
“Putinin səfərinin məhz prezident seçkilərindən öncə baş tutması çox vacibdir və yalnız dövlətlər arasında deyil, həm də iki ölkənin liderləri arasında mehriban münasibətlərin mövcud olduğunu bir daha göstərir. Buna görə Rusiya prezidentinin səfərinin məhz bu dövrdə baş tutmasını mühüm hesab edirəm. İki prezident arasında dialoq, xüsusən də prezident seçkiləri kampaniyası ərəfəsində sözsüz ki, çox vacibdir”,- deyə o bildirib.
M.Zabelin həmçinin səfər çərçivəsində müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa dair imzalanmış sazişlərin mühüm əhəmiyyətini qeyd edib.
“Ümumiyyətlə dövlətlər arasında imzalanmış sazişlər hər bir ölkə üçün ikitərəfli münasibətlərin inkişafında vacib mərhələdir”, - deyə o qeyd edib.
Deputat Rusiya-Azərbaycan sərhədindəki Samur (Azərbaycan)-Yaraq-Qazmalar (Rusiya) keçid məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisini nəzərdə tutan sazişin əhəmiyyətini xüsusilə vurğulayıb.
“Bu, çox vacib sazişdir, çünki biz Azərbaycan-Rusiya parlamentlərarası və hökumətlərarası komissiyaların iclasında bu məsələni dəfələrlə müzakirə etmişik. Körpü həqiqətən çox pis, qəzalı vəziyyətdədir. Onun üzərindən bir istiqamətdə buraxılış avtomobillərin optimal axınına imkan vermir. Budur, saziş imzalanıb, yeni körpünü tikəcək tərəflə məsələni həll etmək mümkün olub”, - deyə M.Zabelin bildirib.
İki ölkə arasında ticari-iqtisadi münasibətlərə toxunan deputat söyləyib ki, prezidentlər V.Putin və İ.Əliyev qarşılıqlı ticarət dövriyyəsinin uğurla inkişaf etdiyini vurğulayıblar.
“Rusiya bizim əsas ticari tərəfdaşımızdır. Ölkələrimiz arasında qarşılıqlı mal dövriyyəsi, səhv etmirəmsə, 3,4 mlrd. dollar təşkil edir və artım tendensiyası müşahidə olunur. Səfər zamanı imzalanmış sazişlər iki ölkə arasında əmtəə dövriyyəsini gələcəkdə daha da artırmağa imkan verir ki, bu da çox vacibdir”,- deyə M.Zabelin qeyd edib.
Deputat regionlararası səviyyədə Azərbaycan-Rusiya münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.
“Digər münasibətlərə gəlincə, son zamanlar sözsüz ki, prezident İ.Əliyevin rəhbərliyi altında regionlararası əlaqələr uğurla inkişaf edir. Bu gün Azərbaycan Rusiyanın Həştərxan, Volqoqrad və digər vilayətləri ilə möhkəm əlaqələrə malikdir və Rusiya prezidentinin Azərbaycana səfəri gələcəkdə həm regional, həm də ümumdövlət səviyyəsində müxtəlif layihələrin həyata keçirilməsinə imkan yaradır”, - deyə M.Zabelin vurğulayıb.
O, həmçinin mədəni və humanitar sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
“Yaxın gələcəkdə növbəti beynəlxalq humanitar forumun keçirilməsi planlaşdırılır ki, bu da dövlətlərimiz arasında humanitar əlaqələrin inkişafına təkan verəcək”, - deyə M.Zabelin əlavə edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət