“Moody`s Investors Service” beynəlxalq agentliyinin analitiki Lev Dorf “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibədə Azərbaycanın bank sektorunda vəziyyət və son tendensiyalar barədə danışıb.
- İyulun ortalarında “Moody`s” Azərbaycanın bank sektoru üzrə öz illik proqnozunu dərc edib. Agentlik Azərbaycanın bank sektorunun cari vəziyyətini necə qiymətləndirir?
- Biz bank sektoru üzrə 2010-cu ildən bəri dəyişməyən sabit proqnozu təsdiq etdik. Xatırladım ki, Azərbaycanın bank sistemi 2008-2009-cu illərin böhranından sonra bizim sabit proqnoz verdiyimiz digər MDB ölkələri arasında birinci yeri tutub.
Bu gün bank sektoru üzrə sabit proqnozu müəyyən edən əsas amil Azərbaycanda bankların inkişafı üçün əlverişli əməliyyat mühiti və makroiqtisadi sabitlikdir ki, bu da bizim fikrimizcə, bankların aktivlərinin keyfiyyətinə və mənfəətliliyinə müsbət təsir göstərməkdə davam edəcək, bank sisteminin likvidliyi və kapitalı isə sabit səviyyədə qalacaq.
Biz 2013-cü ildə Azərbaycanda iqtisadi artımın 3,5% təşkil edəcəyini, iqtisadiyyatın əsas drayverinin qeyri-neft sektoru olacağını, bunun da öz növbəsində dövlət investisiyaları ilə stimullaşacağını proqnozlaşdırırıq. Cari ildə qeyri-neft sektorunda ÜDM artımını 9% səviyyəsində proqnozlaşdırırıq.
Biz növbəti 12-18 ay ərzində Azərbaycanda bankların aktivlərinin keyfiyyətinin yaxşılaşacağını, bank sektoru üzrə problemli kreditlərin (vaxtı 90 gündən çox ötmüş kreditlər və təkrar strukturlaşdırılmış borclar daxil olmaqla) payının ümumilikdə 2012-ci ildəki 14%-dən 2013-cü ilin sonuna qədər 11%-dək azalmasını gözləyirik.
-Agentlik aktivlərin keyfiyyətinin qiymətləndirilməsi üçün hansı amillərdən istifadə edir?
-Aktivlərin keyfiyyət trendinin proqnozlaşdırılması üçün biz qabaqlayıcı indikatorlardan istifadə edirik. Neft gəlirlərindən böyük asılılığı olan ölkə kimi Azərbaycan üçün birinci və baza indikatoru neftin qiymətidir. Və biz 2013-cü ildə neftin bir barelinin 100 dollardan yuxarı səviyyədə qalacağını proqnozlaşdırırıq.
Neft gəlirləri hökumətə müxtəlif fiskal proqramlar və iri infrastruktur layihələri vasitəsilə iqtisadi artımı dəstəkləməyə, eləcə də neft gəlirləri azaldığı zaman vəsaitlərin bir növ təhlükəsizlik yastığı rolunu oynayan Neft Fondunda toplanmasını davam etdirməyə imkan verir.
İkinci indikator iqtisadiyyata qoyulan əsaslı investisiyaların səviyyəsidir ki, bu da son illər qeyri-neft sektorunun əsas drayveridir və bankların kredit portfellərinin keyfiyyəti ilə korrelyasiya edilir, çünki banklar əsasən qeyri-neft sektorundan olan borcalanları kreditləşdirirlər.
Aktivlərin keyfiyyəti barədə danışarkən biz qeyd edirik ki, fiziki şəxslərə verilən kreditlər bu gün daha keyfiyyətlidir və korporativ sektorla müqayisədə daha az səviyyədə problemli olurlar. Lakin eyni zamanda biz xüsusən də təmin edilməmiş istehlak kreditləri seqmentində sürətli artım görürük və keyfiyyətin pisləşməsi istiqamətində 18-24 ay müddətində reallaşa biləcək potensial risklər barədə xəbərdarlıq edirik.
Biz qeyd edirik ki, ötən il bankların əksəriyyəti öz mənfəətliliyini yaxşılaşdırıb. Lakin bizim rəyimizə görə, banklar üçün bu trendi qorumaq çətin olacaq, çünki son illər azalan faiz marjası sabit qalacaq və mənfəətlilik göstəricilərinin bizim gözlədiyimiz kimi cüzi yaxşılaşması da əsas etibarilə aktivlərin keyfiyyətinin yaxşılaşması ilə şərtlənəcək. Qeyd etmək lazımdır ki, Azərbaycanda orta faiz marjası MDB ölkələrinin bir çoxundan aşağıdır. Bu, bank sektorunun ümumi portfelində dərəcələri nisbətən aşağı səviyyədə olan böyük korporativ kreditlərin üstünlük təşkil etməsi ilə izah olunur.
Keçən dəfə mən qeyd etdim ki, bank sektoru ümumilikdə gözlənilən itkiləri örtmək və növbəti 12-18 ay ərzində kredit artımını dəstəkləmək üçün kifayət qədər kapital yastığına malikdir və biz bu göstəricidə əhəmiyyətli dəyişikliklərin baş verəcəyini gözləmirik. Bankların kapitalı mənfəət və ya səhmdarların əlavə vəsaitləri hesabına formalaşacaq.
Biz həmçinin bank sektorunun likvidliyinin sabit olacağını gözləyirik, bankların əksəriyyəti likvid aktivlər şəklində kifayət qədər yastığa malikdir. Bankların bir çoxunun xarici maliyyədən asılılığının aşağı səviyyədə olması təkrar maliyyələşmə risklərini azaldır.
Azərbaycanda “Moody`s” tərəfindən reytinq verilən bankların perspektivlərini necə qiymətləndirirsiniz?
-Azərbaycanın bank sektorunun analizi əsasən bizim reytinq verdiyimiz banklara əsaslanır və bankların əksəriyyəti reytinq üzrə stabil proqnoza, “Bank of Baku” və “Xalq Bank” isə müsbət proqnoza malikdir.
Bu banklar bütün sektor üzrə yaxşı indikatordur, çünki onların aktivlərinin ümumi həcmi bütün bank sisteminin 60%-ni üstələyir. Bundan başqa, bizim müştərilərimiz qeyri-neft iqtisadiyyatının bütün sektorunu əhatə edirlər, onlar arasında həm iri korporativ banklar, həm də kiçik və orta biznesin istehlak kreditləşməsinə yönəlmiş banklar var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət