İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, onun müavini Zahid Orucun prezident postuna öz namizədliyini irəli sürməsi partiyanın VI qurultayında qəbul edilən qərarlara ziddir.
“Z.Oruc tərəfindən atılan addım partiyamızın VI qurultayında qəbul edilən qərarlara ziddir. Bu gün partiyanın iclasında bu məsələyə baxılacaq və müvafiq tədbirlər görüləcək”, - deyə F.Ağamalı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
F.Ağamalı qeyd edib ki, partiyanın qurultayının gedişində onun üzvləri İlham Əliyevin namizədliyini dəstəkləyiblər.
“Qurultayda qəbul edilımiş qərarların mürəkkəbi qurumamış Z.Oruc bu qərarlara qarşı çıxdı və bu gün partiyanın üzərindən özünü reallaşdırmağa çalışır”, - deyə deputat əlavə edib.
O, həmçinin deyib ki, prezident postuna öz namizədliyini irəlı sürməsi onun konstitusiya hüququdur və partiya üzvləri bu hüququ tanıyır.
“Təbii ki, onun istənilən seçkilərdə iştirak etmək hüququ var. Əlbəttə, biz bu hüquqa hörmət edir və onu tanıyırıq. Lakin nəzərə alsaq ki, Z.Oruc partiyanın rəhbərliyində təmsil olunur, o, partiya qarşısında məsuliyyət daşıyır və öhdəlikləri var.
F.Ağamalı söyləyib ki, Z.Oruc partiyanın qərargahına dəvət edilib və Mərkəzi Nəzarət Təftiş Komissiyası onun nə üçün belə addım atmasının səbəbini araşdırmağa çalışacaq.
Bu arada Z.Oruc hesab edir ki, onun prezident seçilmək niyyəti təmsil etdiyi partiyanın siyasi xəttinə zidd deyil.
“Mən öz namizədliyimi müstəqil şəkildə irəli sürmüşəm. Belə olan halda heç bir partiyadaxili parçalanmadan söhbət gedə bilməz. Burada heç bir siyasi ziddiyyət yoxdur”, - deyə Z.Oruc bu gün “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Deputat partiyanın onunla bağlı qəbul etdiyi qərara hörmətlə yanaşacağını qeyd edib.
“Bununla yanaşı, partiya mənimlə bağlı nə qərar qəbul edirsə etsin, buna hörmətlə yanaşacam, hər hansı qəzəbli mövqe tutmayacam. Əksinə mən təmsil etdiyim regionun insanları ilə daha sıx əməkdaşlıq etmək niyyətindəyəm. Hesab edirəm ki, seçkilərə prinsipial, intellektual və inamlı hazırlıq üçün mən öz fəaliyyətimi daha azad formada həyata keçirəcəm”, - deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət