Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiya sədri, prezident İlham Əliyevin namizədliyinə dəstək məqsədi ilə imzatoplama kampaniyasını başa çatdırır. Bu barədə jurnalistlərə YAP icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.
Onun sözlərinə görə, hazırda YAP-ın seçki qərargahına 37 min 800 imza daxil olub.
“Biz namizədimizə dəstək məqsədi ilə keçirilən imzatoplama kampaniyasını avqustun 16-da başa çatdırmağı planlaşdırırıq. Ölkənin ucqar rayonlarından, o cümlədən Naxçıvan Muxtar Respublikasından az sayda imzanın qeydə alınması qalıb. Biz avqustun 20-də, yəni prezident seçkilərinə 50 gün qalmış imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyik”,- deyə S.Novruzov bildirib.
Onun sözlərinə görə, mövcud seçki qanunvericiliyi MSK-ya imza vərəqələrini seçkilərin keçirilməsinə 30 gündən 50 günə qədər vaxt qaldığı müddətdə təqdim etməyə imkan verir.
MSK tərəfindən prezidentliyə namizədlərin qeydiyyata alınması üçün 40 min seçicinin imzası lazımdır.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət