İranın Ərdəbil əyaləti Azərbaycanla iqtisadi münasibətlərin inkişafında maraqlıdır. İranın Ərdəbil əyalətinin Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Hüseyn Pirmoəzi cümə axşamı Bakıda mətbuat konfransında belə bəyan edib.
“Tolerant Azərbaycan və İran dövlətləri bir-biri ilə o cümlədən də iqtisdi sahədə daha sıx münasibətlər qurmaq üçün yaxşı imkanlara malikdir”, - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, prezident Həsən Ruhaninin başçılıq etdiyi İranın yeni rəhbərliyi müxtəlif dövlətlərlə siyasi və iqtisadi sahələrdə qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsi üçün əlverişli şərait yaratmağa çalışır.
“İran Azərbaycanla qonşu dövlətdir, bizdə istehsal edilən məhsullar Azərbaycanla həmsərhəd olan digər ölkələrə nisbətən çox ucuzdur. İranın yeni rəhbərliyi digər dövlətlərlə balanslaşdılrılımış və bərabər səviyyəli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi siyasətini yürüdür”, - deyə H.Pirmoəzi bildirib.
O, həmçinin hər iki ölkənin iş adamlarının bir sıra gömrük problemləri ilə üzləşdiyini qeyd edərək, bu problemlərin aradan qaldırılmasının Azərbaycan və İranın işgüzar dairələri arasında daha səmərəli ticari-iqtisadi əməkdaşlığın qurulmasına kömək edəcəyini bildirib.
H.Pirmoəzi vurğulayıb ki, viza rejiminin ikitərəfli ləğvi də dövlətlərarası münasibətlərin inkişafına müsbət təsir göstərə bilərdi.
“İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandıran H.Pirmoəzi qeyd edib ki, 2012-ci ildə Ərdəbil əyaləti ilə Azərbaycan arasında mal dövriyyəsi $57 mln., bu ilin I yarısında isə $19 mln. təşkil edib.
“Ərdəbildən Azərbaycana ixrac edilən malların əsas hissəsini kənd təsərrüfatı məhsulları və plastik mallar təşkil edir. Bizdə kimya sənayesi güclü inkişaf edib, buna görə məhsul belə ucuzdur. Eyni zamanda azərbaycanlı iş adamları analoji malları daha baha qiymətə Türkiyədən almağa üstünlük verirlər. Biz azərbaycanlı iş adamlarını İran məhsullarının keyfiyyətinə və ucuz maya dəyərinə yerində əmin olmaq üçün Ərdəbilə dəvət edirik”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, İran tərəfi Bakıda ticarət mərkəzinin açılmasında da maraqlıdır. Azərbaycanlı alıcılar bu mərkəzə gələrək İranda buraxılan məhsulların geniş çeşidləri ilə yerində tanış ola bilərlər.
“Hesab edirəm ki, İran tərəfinə ticarət mərkəzi üçün daha münasib yerin təqdim edilməsi məsələsi Azərbaycan və İran prezidentlərinin yaxın zamanlarda keçiriləcək görüşündə müzakirə mövzularından biri olacaq. Əgər Bakı maraq göstərərsə, İranda da analoji olaraq Azərbaycan ticarət mərkəzi yaradıla bilər”,- deyə o vurğulayıb.
Qonaq həmçinin söyləyib ki, Bakı və Ərdəbil arasında aviareysin açılması da iqtisadi münasibətlərin inkişafına xidmət edə bilər.
“Azərbaycan tərəfi bu məsələyə maraq göstərməlidir. İrana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsi ilə əlaqədar olaraq Azərbaycan şirkətlərinin Ərdəbilə aviareyslər açması məqsədəuyğun olardı. Bizim ticarət palatamız uçuşların qiymətinin yarısını ödəməyə hazırdır, əminəm ki, hər iki ölkə vətəndaşlarının bu reysə böyük tələbatı olacaq”, - deyə H.Pirmoəzi bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət