Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının təklifi ilə Bolqarıstan Respublikasının 1997-2002-ci illərdə prezidenti olmuş Petar Stoyanov Mərkəzin Qəyyumlar Şurasında fəaliyyət göstərməyə dəvət olunub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
Sabiq prezident Petar Stoyanovun Mərkəzin fəaliyyətinə və inkişafına böyük töhfə verəcəyi bildirilir.
Petar Stoyanov cavab məktubunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasında dünyanın tanınmış simaları ilə birgə fəaliyyət göstərmək üçün dəvət olunmasından xüsusi qürur duyduğunu bildirib və bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə rəhbərlik etdiyi Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzi arasında yaranmış uğurlu əməkdaşlığın təbii davamı kimi qiymətləndirib. “Biz dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı böyük ədəbiyyat xəzinəsindəki ümumbəşəri dəyərləri bölüşürük. Onun sülh, tolerantlıq, mədəniyyətlərarası dialoq kimi önəmli məsələlərdəki proqressiv ideyaları hazırda çox böyük əhəmiyyət kəsb edir. Biz hamımız ondan öyrənməli və onun xəzinəsini gələcək nəsillərə çatdırmalıyıq”, - deyə P.Stoyanovun məktubunda deyilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının növbəti toplantısı sentyabrın 5-də Bakıda keçiriləcək.
Tədbirdə Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Boliviyanın sabiq prezidenti Jorge Quiroga, Mavritanıyanın sabiq prezidenti Kassam Uteem, Şri-Lankanın sabiq prezidenti Chandrika K. Bandaranaike, Hollandiyanın sabiq baş naziri Wim Kok, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, YUNESKO Hökumətlərarası Media Komissiyasının sədri Walter Fust, İsgəndəriyyə Kitabxanasının direktoru, BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə Ali Qrup üzvü Dr. İsmayıl Seragəldin, Dünya Elmlər Akademiyasının prezidenti İvo Slaus və başqaları iştirak edəcək.
Toplantının yekunu olaraq BMT baş katibi Pan Gi Mun və Baş Assambleyaya müraciət qəbul olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət