SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması işləri davam etdirir. Bu barədə şirkətin məlumatında deyilir.
Məlumata görə, “Bulla-dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətidə işlər avqustun 27-də davam etdirilib.
Aparılan əməliyyatlara ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri, habelə yanğınsöndürmə, kran və yedək gəmilərindən ibarət ümumilikdə 11 gəmi cəlb olunub. “Şirvan” kran gəmisi özülə yan alıb, 6 nəfərdən ibarət əməliyyat qrupu özülə qalxıb. Qrup özülün qərb hissəsində “katapiller dizel generatorları” sahəsində işləmək imkanın mümkünlüyünü müəyyən edib.
Platformanın təmizlənməsi işləri bu gün - avqustun 28-də də davam etdirilir. Bu məqsədlə səhər saat 8:00-dan 4 ədəd “Vixr” tipli, habelə “Caspian Support “ və “Topaz Legenda” yanğınsöndürmə gəmiləri quyu ağzında su pərdəsi yaratmaq üçün əməliyyatlar keçirilən əraziyə dislokasiya olunub, quyu ağzında su pərdəsi yaradılıb və “Şirvan” kran gəmisi təhlükəsizlik şəraitində işləməyə başlayıb.
Xəbər verildiyi kimi, avqustun 17-də “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 saylı dəniz özülündəki 90 saylı quyuda yanğın baş verib. Gecə saat 23.00-da 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.
Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıblar. Hal-hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyuda qazma işlərinə 2012-ci ilin noyabr ayında başlanılıb.
Baş vermiş hadisənin səbəbləri araşdırılır.
“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda baş vermiş qəzanın aradan qaldırılması üçün ARDNŞ prezidentinin əmri ilə komissiya yaradılıb.
Komissiyanin tərkibinə şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə üzrə təcrübəli mütəxəssisləri daxil edilib.
Artıq qəzanın aradan qaldırılması üzrə ilkin proqram hazırlanıb, fontanın təcrid edilməsi üçün görüləcək işlər müzakirə olunub, müvafiq strukturlara konkret tapşırıqlar verilib. Həmin tapşırıqlar əsasında quyuda təcridetmə üzrə hazırlıq işlərinə başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət