Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Sumqayıt Superfosfat” SC-nin səhmlərinin 99,83%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
SC-nin 3 766 106 ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı müasir standartlara cavab verən məhsulların istehsalına yönəlməli və burada ixracyönümlü məhsulların istehsalının təşkili üçün yeni texnologiyaların tətbiqi, yerli bazarda tələbatın olduğu məhsulların istehsalının təşkili, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflər, eləcə də bu məqsədlər üçün investisiya qoyuluşlarının həcmi və müddəti nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 1,5 mln. manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 90 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 1 oktyabr 2013-cü il tarixinədək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi oktyabrın 4-də keçiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK dəfələrlə “Sumqayıt Superfosfat” SC-nin səhmlərini investisiya müsabiqəsinə çıxarıb. Lakin müəssisənin səhmlərinə maraq olmayıb.
“Sumqayıt Superfosfat” SC Sumqayıt şəhərində yerləşir. Müəssisə 1956-cı ildə istismara verilib və xlorid turşusu, akkumulyator turşusu, superfosfat gübrəsi və digər kimyəvi maddələrin istehsalı ilə məşğul olur. SC-də 251 nəfər çalışır.
1 iyul 2013-cü il tarixinə SC-nin nizamnamə kapitalı 7 mln. 544,936 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
İyulun 1-nə SC-nin öhdəlikləri 1 mln. 765,006 min manat, debitor borcları 998,927 min manat təşkil edir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət