Müasir dünyada ciddi beynəlxalq hüquq böhranının olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanmasına əngəl törədir. Belə bəyanatla Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bazar ertəsi Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən Dünyada Cənubi Qafqaz” adlı II Forumunda bəyan edib.
“Bu gün dünyada beynəlxalq hüquq, ədalət böhranı hökm sürür. Lakin təəssüflə qeyd etmək lazımdır ki, heç kim bu faktı etiraf etmək üçün addım atmır. Yəqin ki, bunun hansısa səbəbləri var”, - deyə N.Məmmədov vurğulayıb.
O, təəssüflə bildirib ki, ATƏT-in Minsk Qrupunun iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair 20 ildən artıq davam edən danışıqlar indiyədək heç bir nəticə verməyib.
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına, Azərbaycanın 20% ərazisinin 20 ildən artıqdır işğal altında qalmasına, dünyada heç kimin bunu şübhə altına salmasına baxmayaraq, biz beynəlxalq birliyin bu problemə ədalətli münasibətini görmürük. Azərbaycan uzun illər öncə BMT-yə üzv olub, lakin biz bu gün də dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminin həllinin zəruriliyinə cəlb etmək üçün çox səy göstərməli oluruq”, - deyə N.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası, Avropa İttifaqı və NATO ilə uğurla əməkdaşlıq edir. “Lakin bu nüfuzlu təşkilatlarla uğurlu əməkdaşlığa baxmayaraq, biz anlamırıq niyə bu gün onlar özlərini elə göstərirlər ki, guya beş il öncə Azərbaycanın işğal edilmiş ərazilərinə dair qəbul olunan qətnamə və qərarları unudublar”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib.
O bildirib ki, nəticədə Azərbaycan tərəfi bu ağrılı məsələni daim dünya ictimaiyyətinin diqqət mərkəzində tutmaq saxlamaq üçün çox səy göstərməli olur.
“Bunu heç cür anlamaq mümkün deyil. Bu, beynəlxalq hüquq böhranının nümayişidir. Bu, təkcə Azərbaycan üçün deyil, həm də hamı üçün çox pisdir. Beynəlxalq hüquq böhranının mövcudluğu nəticəsində böyük dövlətlər arasında gərginlik yaranır və artır. Birinci və İkinci Dünya müharibələri ərəfəsində də belə olub. Cəmiyyətin inkişafı insanları bir-birini daha da yaxşı anlamalarına, dövlətlər arasında daha sivil münasibətlərin inkişafına imkan yaratmalıdır. Qarşılıqlı anlaşma mexanizmi daha yaxşı işləməlidir. Lakin əfsuslar olsun ki, bu gün bütün bunlar yoxdur”, - deyə N.Məmmədov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət