Rəsmi Bakı ABŞ-ın tərəfdaşıdır və Azərbaycanın gələcəyi təkcə regionla deyil, dünya ilə də bağlıdır. “Stratfor” Analitik Mərkəzinin rəhbəri Corc Fridman belə hesab edir.
“Azərbaycan yalnız Rusiya, İran və Türkiyə ilə həmsərhəd olduğuna görə dünya miqyaslı əhəmiyyət kəsb etmir. Rəsmi Bakı həm də ABŞ-ın tərəfdaşıdır və Azərbaycanın gələcəyi yalnız region ilə deyil, dünya ilə də bağlıdır”, - deyə C.Fridman bazar ertəsi Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən Dünyada Cənubi Qafqaz” adlı II Forumunda bəyan edib.
C.Fridmanın sözlərinə görə, rəsmi Bakı və Vaşinqton sıx əməkdaşlıq edir, Rusiya tərəfindən isə Azərbaycana heç bir təhlükə yoxdur.
“Azərbaycan və ABŞ-ın maraqları açıq və aydındır və illər ötdükcə bu maraqlar daha da yaxınlaşır. Azərbaycanın imkanları, dostları var. Rusiya Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində deyil. İran ilə də münasibətlər pis deyil.
ABŞ-ın müəyyən dairələri Azərbaycanın maraqlarını qoruyur, ona görə yox ki, bu ölkəni sevirlər, məhz o səbəbdən ki, onların maraqları üst-üstə düşür”, - deyə o qeyd edib.
C.Fridman həmçinin vurğulayıb ki, bu gün Avropanın “vahid hazırlanmış xarici siyasəti yoxdur”.
“Biz bu gün dönüş nöqtəsindəyik. Bu gün Avropanın vahid xarici siyasəti yoxdur. Fransa Suriyaya hücum etməyə hazırdır, Almaniya isə müdaxiləyə qarşı çıxış edir. Gələcəkdə Avropadan yalnız “Eurovision” müsabiqəsi qala bilər. Əgər Azərbaycan Avropanın bir hissəsi olmaq istəyirsə, o zaman hansı Avropanın bir hissəsi olacağını müəyyən etməlidir. Çünki əvvəlki Avropa artıq yoxdur”, - deyə o bəyan edib.
C.Fridman qeyd edib ki, Azərbaycanın tarixi heç zaman asan olmayıb, lakin müstəqillikdən sonra əldə olunan nailiyyətlərdə Heydər Əliyevin böyük xidməti olub.
“Bu gün dünya dəyişir və Heydər Əliyevin Azərbaycanda qurduğu siyasət bu dəyişən maraqlara cavab verir. Məhz o, başqalarından fəqrli olaraq bu dəyişiklikləri anlayırdı”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət