“İnterfaks-Azərbaycan” agentliyinin Əfqanıstanın mineral ehtiyatlar və neft naziri Vahidullah Şahrani ilə müsahibəsi
-Cənab nazir, Azərbaycana səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?
- Azərbaycana səfərim yaxşı, daha dəqiq desəm, məhsuldar oldu. Bildiyiniz kimi, Azərbaycan və Əfqanıstan arasında tarixi münasibətlər mövcuddur və hər iki ölkənin xalqları bir-birinə çox yaxındır. Azərbaycan 20 il ərzində böyük inkişafa nail olub. Biz sizin ölkənizin uğurlarına sevinirik. Biz tarixi əlaqələrimizə və bu 20 il ərzində Azərbaycanın qazandığı nailiyyətlərə əsaslanaraq sizin ölkənizin təcrübəsindən istifadə etmək istəyirik.
Azərbaycan xüsusilə neft-qaz və energetika sahələrində böyük təcrübəyə malikdir və biz bu təcrübəni Əfqanıstanda istifadə etmək, eləcə də Azərbaycan investisiyalarını Əfqanıstana cəlb etmək istəyirik. Bununla əlaqədar olaraq altı ay ərzində Əfqanıstanın yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərləri təşkil olunub, onlar azərbaycanlı həmkarları ilə görüşüb və müxtəlif sahələr üzrə razılaşmalar əldə edilib. Mənim də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin İdarə Heyətinin üzvləri ilə məhsuldar görüşlərim oldu.
Səfərimin iki məqsədi var. Birincisi, dövlət və özəl investorları Əfqanıstana dəvət etmək, ikincisi, Azərbaycanın təcrübəsindən istifadə etmək. Sizin ölkənizdə nazirlərlə keçirilən görüşlərdə söhbətimiz məhz bu müstəvi üzərində qurulmuşdu.
-Bakıda olduğunuz vaxt hər hansı razılıq əldə edildimi?
-Bəli.Yaxın gələcəkdə, daha dəqiq desəm, bu ilin noyabr ayında Kabildə Azərbaycan və Əfqanıstan arasında neft-qaz və energetika sahəsində əməkdaşlığı nəzərdə tutan hökumətlərarası memorandum imzalanacaq. Artıq bu gün Azərbaycanın bir şirkəti Əfqanıstanın neft sahəsinə sərmayə yatırıb. Qeyd etmək istəyirəm ki, bu memorandum işgüzar dairələrin investisiya yatırmaları üçün əlverişli zəmin yaradacaq.
-Cənab nazir, bu sənədin mahiyyəti barədə daha ətraflı məlumat verə bilərsinizmi?
- Artıq yuxarıda qeyd etdiyim kimi, biz Azərbaycanın sənaye və energetika naziri ilə görüşdə noyabr ayında Kabildə memorandum imzalamaq barədə razılığa gəlmişik. Bu sənəd üç istiqaməti əhatə edir.
Birinci istiqamət Azərbaycanın əfqanıstanlı kadrların texniki məsələlər üzrə hazırlığına kömək etməsi ilə bağlıdır. Azərbaycanda neft-qaz sahəsində ixtisaslaşmış təhsil müəssisələri var. Əfqanıstanlı mütəxəssilər burada təhsil ala bilərlər. Bir vaxtlar, yəni ötən əsrin 70-80-ci illərində onlar bu institutlarda təhsil alıblar. Bizdə olan məlumata əsasən, indi bu institutlarda şərait daha da yaxşılaşıb və biz istəyirik ki, mütəxəssislərimiz yenidən orada təhsil alsınlar.
İkinci istiqamət Azərbaycan investisiyalarının Əfqanıstana, xüsusən də neft-qaz sahəsinə cəlb edilməsini nəzərdə tutur. Azərbaycan bu sahədə böyük imkanlara malikdir və həm özəl, həm də dövlət sektorunda böyük iş görə bilər.
Üçüncü istiqamət faydalı qazıntılar sahəsində ikitərəfli əməkdaşlığı əhatə edir. Bildiyiniz kimi, Əfanıstan geoloji strukturuna görə müxtəlif növ faydalı qazıntılara malikdir. Bu mövzular ətrafında nazir Natiq Əliyevlə çox yaxşı söhbətimiz alındı.
Bununla yanaşı, iqtisadi inkiaşf naziri Şahin Mustafayevlə də görüşümüz məhsuldar oldu. Biz xüsusilə regional əməkdaşlıq, logistika məsələlərini, yəni Azərbaycan ərazisindən Avropaya körpü kimi istifadə imkanlarını müzakirə etdik. Bu əməkdaşlıq tarixi İpək Yolunu bərpa etmək üçün həm Əfqanıstana, həm də Azərbaycana kömək edə bilər.
- Siz nazir Natiq Əlyevlə görüşdə Azərbaycanın tranzit imkanlarından istifadə edilməsinə maraq göstərdiyinizi ifadə etdiniz. Nazirliyin məlumatında qeyd olunur ki, Əfqanıstan tərəfi artıq Türkmənistanla bu məsələ ilə bağlı danışıqlar aparır. Konkret olaraq hansı imkanlardan söhbət gedir?
-İlk öncə biz Azərbaycanla dəmir yolu vasitəsi ilə tranzit əməkdaşlıq imkanları görürük - Əfqanıstandan Türkmənistana, daha sonra Azərbaycana, buradan da Avropaya. Lakin bu marşrut gələcəkdə yalnız dəmir yolu ilə daşımaları əhatə etməyəcək. Bura digər daşıma növləri də daxil edilə bilər. Bildiyiniz kimi, Əfqanıstanın dənizə çıxışı yoxdur və bizim həqiqətən bu tranzit yollarına ehtiyacımız var. Avropa ilə əlaqə üçün bizə ən münasib olan yol məhz Transxəzərdir. Biz azərbaycanlı nazirlərlə bu məsələ ilə bağlı danışıqlar apardıq və yaxşı nəticələr əldə etdik. Bununla yanaşı, bu yaxınlarda qeyd olunan məsələ ilə əlaqədar Türkmənistanla da danışıqlarımız olub və iki ölkə arasında dəmir yolunun tikintisinə artıq başlanılıb.
- Rusiya ilə əməkdaşlıq barədə danışsaq, təbii ehtiyatların və neftin mənimsənilməsi sahəsində hansı layihələri daha perspektivli hesab edirsiniz? Artıq hansı layihələr müzakirə olunur?
- Rusiya ilə çox yaxşı ticarət münasibətlərimiz var. Hazırda bu ölkə ilə energetika sahəsində birgə layihələrimiz yoxdur. Biz Rusiyadan neft və digər məhsullar alırıq, lakin qeyd etmək istəyirəm ki, bizim Mərkəzi Asiya ölkələri ilə energetika sahəsində birgə layihələrimiz mövcuddur.
Söhbət etdi: Fərdin İsazadə.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət