Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda süfrə suyunun istehsalı ilə məşğul olan “Gədəbəy Mineral Suları” şirkətinə 4,6 mln. avro məbləğində kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir.
Bankın kredit vəsaitləri şirkətin istehsal gücünün artırılması, qablaşdırmanın yaxşılaşdırılması və məhsulların markalanması üçün yeni avadanlığın alınmasına yönəldiləcək.
“Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) kredit aldıqdan sonra biz istehsala başlaya bildik. AYİB-in krediti məhsulların istehsal və ixrac həcminin artırılması ilə bağlı strategiyamızın ikinci mərhələsinin reallaşdırılması üçün istifadə olunacaq”, - deyə məlumatda “Gədəbəy Mineral Suları”nın baş direktoru İlham Əliyevə istinadən bildirilir.
“Biz Bakıdan kənarda, xüsusilə Gədəbəydə özəl biznesi dəstəkləməkdən və bu şirkətin uğur tarixinə töhfə verməkdən məmnunuq. Bu investisiyalar bizim Azərbaycanın regionlarında investisiya yatırmaq və yerli müəssisələri dəstəkləmək istəyimizi nümayiş etdirir”, - deyə AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn bildirib.
2010-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” “Slavyanka” və “Gədəbəy” markaları altında süfrə suyu istehsal edir. Hazırda şirkət süfrə suyu istehsalı bazarında böyük pay sahibidir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında 134 layihənin reallaşdırılması üçün ümumi məbləği 1,5 mlrd. avrodan çox olan kreditlər təqdim edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət