Azərbaycan 2001-ci ilin 11 sentyabr hadisələrindən dərhal sonra qlobal terrorizmlə mübarizədə ABŞ-ı dəstəkləyib və Bakını narahat edən təhlükəsizlik problemlərinin həllində Amerika tərəfinin köməyinə ümid etməkdə haqlıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov belə hesab edir.
“Ermənistanın simasında terror təhlükəsi ilə əyani surətdə üzləşən Azərbaycan 11 sentyabrda baş verən terror aktlarından dərhal sonra ABŞ-ı terrorçuluqla mübarizədə dəstəkləyib və o vaxtdan antiterror koalisiyasının fəal iştirakçılarından biridir. Lakin Amerika tərəfindən Azərbaycanın dəstəklənməsini çətin ki, adekvat hesab etmək olar”, - deyə politoloq “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İraqda və Əfqanıstanda koalisiya əməliyyatlarında iştirakı, İSAF əməliyyatı çərçivəsində respublikanın hava məkanının NATO aviasiyası tərəfindən istifadəsi və sairəyə “ABŞ-ın cavab dəstəyi yalnız iki məsələdə özünü göstərdi”.
“Birincisi, ABŞ prezidenti 2002-ci ildən etibarən hər il “Azadlığın dəstəklənməsi aktı"na bədnam 907-ci düzəlişi (Amerika hökumətinin Azərbaycana kömək göstərilməsini qadağan edən – İF-Az) “dondurur”. İkincisi, ABŞ iki il öncə 155 ölkə sırasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsini dəstəkləyib”, - deyə ekspert xatırladıb.
E.Nəsirov qeyd edib ki, “Vaşinqtonun NATO üzrə bəzi müttəfiqlərinin dəstəkdən imtina etdikləri bir şəraitdə” Amerika tərəfinə dəstəklə müqayisədə Azərbaycan daha əhəmiyyətli addımlara ümid etməkdə haqlıdır. Bura 907-ci düzəlişin tamamilə ləğv edilməsi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın daha fəal iştirakı daxildir.
“Əfsuslar olsun ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsində biz üzərinə vasitəçi funksiyalarını götürmüş Amerika tərəfindən adekvat cavab görmürük. Əksinə, biz ABŞ-ın bir qədər passivliyinin şahidi oluruq. Bəli, bu yaxınlarda ABŞ ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edib. Prezident Obama isə Azərbaycan prezidentinə “münaqişənin həll edilməsinin zamanı çatıb” sözlərinin əks olunduğu məktub göndərib. Lakin son vaxtlar bu cür bəyanatlar o qədər səslənib ki, Azərbaycan ictimaiyyəti artıq onlara inamını itirib”, - deyə E.Nəsirov qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət