Azərbaycanda prezident seçkilərini müşahidə edəcək AŞPA müşahidəçiləri 15 qrupa bölünərək bütün seçki dairələrində səsvermənin monitorinqini həyata keçirəcəklər. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü komissiyanın iclasında bəyan edib.
“Onlara və ümumiyyətlə, bütün müşahidəçilərə seçkiləri izləmək üçün bütün şərait yaradılacaq”, - deyə M.Pənahov söz verib.
Onun sözlərinə görə, hazırda seçkilərin gedişini izləmək üçün veb-kameraların quraşdırılması prosesi başa çatmaq üzrədir. Yaxın vaxtlarda isə MSK sədri KİV vasitəsilə seçicilərin maarifləndirilməsi məsələlərinin müzakirəsi üçün bir sıra mətbu orqanın rəhbərliyi ilə görüşmək niyyətindədir.
M.Pənahov məlumat verib ki, prezidentliyə namizədliyini irəli sürmüş altı iddiaçının sənədləri MSK-nın müzakirəsindədir. Son məlumatlara görə, Mərkəzi Seçki Komissiyası yeddi nəfərin namizədliyini qeydə alıb.
Azərbaycanda prezident seçkiləri 2013-cü il oktyabrın 9-da keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət