Sualları FRİDE (Madrid) beyin mərkəzinin eksperti Tika Çerçavadze cavablandırır.
-Rusiya-Ermənistan münasibətlərinin bir qədər soyuması fonunda Ermənistan prezidenti Serj Sarqsyan bir çoxları, ilk növbədə də Brüssel üçün gözlənilməz bəyanat verərək bildirib ki, Ermənistan Gömrük İttifaqının üzvü olmaq istəyir. Siz hadisələrin bu cür inkişafını necə qiymətləndirirsiniz?
- Bu, 2013-cü ilin noyabr ayında Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində hadisələrin ümumi gediş istiqamətini pozur. 2010-cu ilin iyulundan Ermənistan Avropa İttifaqı ilə Assosiasiya (AA) haqqında, 2012-ci ilin mayından isə AA çərçivəsində dərin və hərtərəfli Azad Ticarət Zonası (ATZ) haqqında danışıqlar aparır. Bu ölkənin qarşıdan gələn sammitdə Aİ ilə saziş paraflayacağı gözlənilirdi. Aİ Rusiyanın başçılıq etdiyi Gömrük və Avrasiya ittifaqlarında iştirakın, eyni zamanda, AA, eləcə də Azad Ticarət Zonası ilə Aİ-yə yaxınlaşmasının qeyri-mümkün olduğunu aydın şəkildə bildirib. Bu addımın Ermənistana hansı iqtisadi və ya siyasi mənfəət gətirəcəyi anlaşılmaz olaraq qalır.
Brüsselin malik olduğu məlumatlara uyğun olaraq ticarət nöqteyi-nəzərindən (http://trade.ec.europa.eu/doclib/docs/2006/september/tradoc_113345.pdf) Aİ Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır, Rusiya isə sonra gəlir. Aİ-nin ticarət məsələlərinə dair sazişi Ermənistan iqtisadiyyatının yenidən qurulması və onların arasında qarşılıqlı ticarətin həcminin artırılması məqsədi ilə Avropanın ticarət və investisiya standartlarına uyğunlaşdırılması üçün bu ölkəyə maliyyə yardımını nəzərdə tutur ki, bu da nəticə etibarı ilə Ermənistanın iqtisadi inkişafına müsbət təsir göstərəcək. Siyasi cəhətdən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Ermənistanın xeyrinə hər hansı konstruktiv addımlar atacağı az ehtimal olunur. Ermənistan Aİ-nin maliyyə dəstəyi ilə AA və Azad Ticarət Zonasına dair sazişlərin paraflanması vasitəsi ilə Avropaya inteqrasiya kursunu, eləcə də ölkənin gələcək siyasi və iqtisadi inkişafını daha balanslaşdırılmış şəklə salacaq siyasi və iqtisadi islahatları davam etdirir.
- Bir çoxları, hətta Ermənistanın özündə də şübhə etmirlər ki, Ermənistan prerzidenti bu bəyanatı Moskvanın təzyiqi altında verib. Bu fikirlə razısınızmı?
- Bu, həqiqətən də Moskva tərəfindən təzyiq kimi izah oluna bilər, lakin bunun İrəvana nə kimi fayda vəd etməsi hələ də aydın deyil.
- Ermənistanın Rusiya, Qazaxıstan və Belarusla Gömrük İttifaqında iştirakının perspektivləri necədir?
- Ermənistanın 2 nömrəli ticarət tərəfdaşı olan Rusiyadan başqa Qazaxıstan və Belarusla ticarət çox aşağı səviyyədir (2012-ci ildə Ermənistanın ticarət tərəfdaşları arasında Belarus 18-ci, Qazaxıstan 27-ci yeri tutmuşdu). Beləliklə, təkrar edirəm, Ermənistanın Gömrük İttifaqından necə iqtisadi mənfəət götürəcəyi aydın deyil.
-Bununla belə, Ermənistan rəhbərliyi bəyan edir ki, ölkənin Gömrük İttifaqına və Avropa İttifaqına inteqrasiyası məsələsi ikisindən birində iştirak şəklində deyil, paralel olaraq hər ikisində iştirak şəklində qoyulmalıdır. Bu nə dərəcədə məntiqə uyğundur?
- Aİ-nin Azad Ticarət Zonası və Assosiasiya haqqında sazişlərinə paralel olaraq Avrasiya və Gömrük İttifaqına daxil olmaq mümkün deyil.
- Rusiyanın son zamanlar atdığı addımlar onun Cənubi Qafqazdakı mövqeyindən əl çəkmək niyyətində olmadığını göstərir. Bu ölkənin regiondakı rolunu necə qiymətləndirərdiniz?
-Ermənistan və Gürcüstan son illər çox fəal şəkildə Avropayönümlü xarici siyasət yürüdən iki Cənubi Qafqaz dövlətidir. Bu siyasət Aİ ilə Asosiasiya və Azad Ticarət Zonası üzrə danışıqlarda özünü göstərir. Əslində bu ölkələrin Aİ ilə siyasi və iqtisadi yaxınlaşması Cənubi Qafqazdakı daxili və regional məsələlərə uzunmüddətli müsbət təsir göstərəcək. Məntiqi olaraq öz cənub sərhədlərində sabit, siyasi və iqtisadi cəhətdən yaxşı idarə olunan regiona malik olmaq Rusiyanın marağında olmalıdır. Rusiya, eləcə də region ölkələri bu faktı qəbul etməlidirlər ki, artıq 22 ildir Cənubi Qafqaz ölkələri öz xarici siyasətləri ilə bağlı sərbəst qərarlar verə bilirlər. Bu məsələlərə xarici müdaxilə nə Rusiya, nə də region ölkələrinə uzunmüddətli müsbət effekt verməyəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət