Qüvvələr və döyüş imkanları balansının Azərbaycan Respublikasının xeyrinə olmayan şəkildə dəyişməsi respublikanın dəniz təhlükəsizliyinə əsas xarici təhdidlərdən biridir. Bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nda bildirilir.
Respublikanın dəniz təhlükəsizliyinə əsas xarici təhdidlər olaraq, Azərbaycanın daxili işlərinə xaricdən istənilən potensial müdaxilə, təbii ehtiyatlarına və dəniz kommunikasiya xətlərinə çıxış və istifadə imkanlarının məhdudlaşması, həmçinin Azərbaycana qarşı dənizdə ərazi iddiaları, dövlətlərarası münaqişələr, dənizdə döyüş əməliyyatları və onların genişlənməsinin mümkünlüyü qeyd edilir.
Həmçinin Azərbaycanın dəniz sərhəd rejiminin pozulması, dəniz-sərhəd mübahisələrinin gərginləşməsi, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında təbii sərvətlərdən qeyri-qanuni istifadə Azərbaycanın dəniz təhlükəsizliyinə təhdidlər hesab olunur.
Strategiyada Xəzərdə ekologiyaya ziyan vura biləcək və sabitliyi pozacaq təhdidlər qismində aşağıdakılar qeyd olunub: müxtəlif ölkələrin hərbi-siyasi ambisiyaları kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması, terrorçu təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti, qonşu dövlətlər tərəfindən silahların qanunsuz yayılması üzrə beynəlxalq müqavilə və sazişlərin birtərəfli şəkildə pozulması; əsas daxili təhdidlər (terrorçuluq, digər cinayətlər, transmilli cinayətkarlıq); dənizdə qeyri-qanuni daşımalar, qaçaqmalçılıq və insan alveri; qeyri-qanuni balıq ovu; dəniz mühitinin qurudan, nəqliyyat vasitələrindən və dənizdə quraşdırılmış qurğulardan çirkləndirilməsi; texnogen qəzalar (sərnişin və ya ticarət gəmiçiliyi sahəsində bədbəxt hadisə və fəlakətlər, sənaye tipli fəlakətlər).
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət