Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) 2019-cu ilə qədər olan dövr üçün Azərbaycana dair Ölkə Strategiyası çərçivəsində məsləhətləşmələr aparıblar. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Asiya İnkişaf Bankının icraçı direktoru Entoni Beyker ilə görüşüb.
“Görüşdə Azərbaycanın Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi layihələrin icra vəziyyəti müzakirə edilib, bank tərəfindən hazırlanan və Azərbaycana dair Ölkə Strategiyasına (2014-2018-ci illər) daxil ediləcək sahələr üzrə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, AİB-in 2014-2018-ci illəri əhatə edən Azərbaycana dair Ölkə Strategiyasının son variantı 2014-cü ilin əvvəlinə qədər hazır olacaq.
Nəqliyyat, xidmət, bələdiyyə infrastrukturunun formalaşması və energetika sahələri strategiyanın prioritetləri kimi müəyyən olunub. Bundan başqa, yeni strategiya çərçivəsində AİB Azərbaycanda özəl sektorun, xüsusilə də yerli bankların kreditləşməsi və ticarətin inkişaf proqramlarının maliyyələşdirilməsini davam etdirəcək.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankın Azərbaycanda energetika, nəqliyyat, kənd təsərrüfatı, MKT və özəl sektorun inkişafı sahələrində layihələr üzrə kredit portfeli $1,4 mlrd. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət