“PAŞA Bank” ödəniş kartları ilə bağlı saxtakarlıqdan qorunma səviyyəsini yüksəltmək üçün "Tieto" şirkəti ilə əməkdaşlığı genişləndirir. Bu barədə bankın məlumatında deyilir.
Sistem iki əsas hissədən ibarətdir: bunlardan biri ödəniş kartlarında saxtakarlığın qarşısının alınması, saxtakarlığa məruz qalmış əməliyyatların aşkara çıxarılması və təhlilini, digəri isə saxtakarlıq hallarının qarşısının real zamanda alınmasını təmin edir ki, bu da saxtakarlıq hallarını baş verməzdən əvvəl qarşısını alır.
“"Tieto" şirkətinin inkişaf etdirdiyi yeni sistemin köməyi ilə indi biz kartlarımızın sahiblərini daha yüksək səviyyəli təhlükəsizliklə təmin etməyə və kartlarla bağlı saxtakarlıq hallarını minimuma endirməyə qadirik", - deyə məlumatda “PAŞA Bank”ın Dayrekt Bankinq Departamentinin direktoru Leyla Məmmədovaya istinadən bildirilir.
"Tieto"nun "Card Suite Fraud Management" sistemi saxtakarlıq hallarının monitorinqi üçün mütərəqqi bir alət olub xüsusi qaydalar sisteminə əsaslanır.
2009-cu ildən etibarən bank Tieto Card Suite platforması ilə uğurlu iş aparır. İxtisaslaşmış müdafiə sisteminə qoşulma zərurəti son illər aparılan əməliyyatların artması və yeni müştərilərin cəlb edilməsi ilə əlaqədardır.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Pasha Holding” qrpuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət