SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin II rübündə Yunanıstanın dövlət təbii qaz sistemi operatoru olan DESFA şirkəti üzərində nəzarət əldə edəcək. Bu barədə SOCAR-ın rəsmi saytında dərc olunan məlumatda bildirilir.
Bu məsələ SOCAR-ın nümayəndə heyətinin Yunanıstanın Ekologiya, Energetika və İqlim Dəyişiklikləri Nazirliyində və Əmlakın İdarə Olunması Fondunda (Hellenic Republic Asset Development Fund, HRADF) keçirdiyi görüşlər zamanı müzakirə olunub.
Məlumatda vurğulanır ki, nəzarətin SOCAR-a ötürülməsi (təhvil-təslim) aparılana qədər DESFA-nın səhmlərinin satılan hissəsi HRADF-in nəzarətində olacaq.
“Görüşlərdə tərəflərin Yunanıstan qanunvericiliyinə və Avropa Birliyinin energetika üzrə üçüncü direktivinə uyğun öhdəlikləri barədə fikir mübadiləsi aparılıb. Avropa Komissiyası yekun icazə qərarını 2014-cü ilin ikinci rübündə verəcək. O vaxtadək DESFA-ya nəzarət satan tərəfdə qalacaq. Bununla yanaşı, satan tərəf əmin edib ki, DESFA-nın fəaliyyəti barədə müvafiq informasiya mübadiləsi müntəzəm olaraq davam etdiriləcək”, - deyə məlumatda vurğulanır.
DESFA-nın səhmlərinin 66%-nin alqı-satqı prosesində növbəti addım Yunanıstanın Auditor Palatası ilə klirinq məsələsinin həlli olacaq.
Bununla bağlı işlər bu həftə başlanacaq.
“Paralel olaraq Yunanıstanın Energetika üzrə Tənzimləyici Agentliyində və Avropa Komissiyasında lazımi qeydiyyat prosesi aparılacaq”, - deyə məlumatda qeyd olunur.
“Bloomberg” agentliyinin məlumatına görə, 2013-cü il iyulun 31-də HRADF bu ölkənin DESFA qaz paylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni bəyənib.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alacaq.
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avro əldə etməyi nəzərdə tuturdu.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət