Hakim Yeni Azərbaycan Partiyası (YAP) respublikada keçiriləcək prezident seçkiləri ilə əlaqədar öz namizədinin təşviqatı üçün sosial şəbəkələrin imkanlarından istifadə edəcək. Bu barədə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bazar ertəsi mətbuat konfransında bəyan edib.
“Bizim hazırladığımız geniş proqramına uyğun olaraq fəal gənclərimiz sosial şəbəkələrdə təşviqat kampaniyası keçirəcəklər. Biz hər bir yeni üsuldan istifadə etmək üçün maksimum səylərdən faydalanacağıq”, - deyə Ə.Əhmədov bildirib.
O vurğulayıb ki, əvvəlki vaxtlarda olduğu kimi YAP fəaliyyətdə olan prezidentin namizdəliyini dəstəkləyən seçicilərə arxalanır.
“Biz öz mövqeyimizi dəfələrlə bəyan etmişik. Bu, İ.Əliyevi və onun ölkənin inkişafına yönələn siyasətini dəstəkləyən seçicilərdir. Bu, təkcə partiya üzvü olan 600 min nəfər deyil. Bundan başqa, Azərbaycanın hər bir regionunda İ.Əliyevin siyasətini dəstəkləyən çoxlu sayda bitərəf insanlar var”, - deyə Ə.Əhmədov qeyd edib.
““İlhamla irəli” şüarının lakonikliyinə toxunan Ə.Əhmədov vurğulayıb ki, İ.Əliyevin prezidentliyi dövründə Azərbaycanda böyük nailiyyətlər əldə olunub.
“Bu dövrdə Azərbaycan köklü şəkildə dəyişib. Təbii ki, dövlət başçısı Heydər Əliyevin siyasətini yürüdür. Biz qarşıdakı beş il ərzində artıq müəyyən edilmiş xəttə riayət etmək niyyətindəyik və hesab edirik ki, əgər hazırkı xətt uğur gətirirsə, o zaman ölkənin yeni inkişaf yollarını axtarmağa ehtiyac yoxdur. Bu səbəbdən biz qısa olaraq “İlhamla irəli” şüarını seçmişik”, - deyə icra katibi qeyd edib.
Prezidentin nümayəndələrinə gəlincə, Ə.Əhmədov deyib ki, bu gün əksər vətəndaşlar İ.Əliyevin seçkiqabağı kampaniyasında iştirak etmək arzusundadır.
“Biz 50 nəfərlə kifayətlənməməyi qərara aldıq. Qoy bu kampaniyada kim istəyir, o da iştirak etsin”, - deyə Ə.Əhmədov bildirib.
Onun fikrincə, prezidentin seçicilərlə görüşünün təşkilinə ehtiyac yoxdur. Çünki “son illər ərzində İ.Əliyev Azərbaycan vətəndaşları ilə 300 dəfədən artıq görüşüb, onlarla əldə olunan nailiyyətlərlə bölüşüb, təkliflərini dinləyib”. “Bunu nəzərə alaraq biz onun seçicilərlə görüşlərinin təşkilini artıq hesab etdik”, - deyə YAP-ın sədr müavini vurğulayıb.
O, seçkiqabağı kampaniya çərçivəsində partiya tərəfindən kütləvi aksiyaların keçirilməsini istisna etməyib və qeyd edib ki, bu cür aksiyalar ölkənin hər bir regionunda təşkil oluna bilər.
Seçkilərdə müxalifətin şansları barədə suala cavabında Ə.Əhmədov deyib ki, müxtəlif təşkilatların keçirdiyi sosial sorğuların nəticələrinə görə, ölkə əhalisinin 75-80%-i İ.Əliyevi dəstəkləyir.
“Biz bu proqnozlara etibar edirik. Mən artıq bildirmişəm ki, hər bir namizədə hörmətimiz var, lakin İ.Əliyevin şansları göz qabağındadır”, - deyə Ə.Əhmədov bəyan edib.
O qeyd edib ki, hakim partiyanın qarşıdan gələn beş il üçün əsas məqsədi Azərbaycan iqtisadiyyatının iki dəfə və adambaşına ÜDM-in $10 minə qədər artımına nail olmaqdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət