“İnterfaks-Azərbaycan” agentliyinin İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayinlə müsahibəsi
-Cənab səfir, məlum olduğu kimi, bu yaxınlarda Bakıda Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə Xəzəryanı dövlətlərin xüsusi işçi qrupunun toplantısı keçirildi. Bu görüşün yekunları barədə nə deyə bilərsiniz?
- İşçi qrupun 33-cü iclasında növbəti iclasın Rusiyada keçirilməsinə dair qərar qəbul edildi. Daha sonra beş Xəzəryanı dövlətin xarici işlər nazirlərinin görüşü keçiriləcək, ardınca isə dövlət başçılarının sammiti təşkil olunacaq. Ümumilikdə, yaxşı razılaşmalar əldə edildiyinə görə görüşün yekunu müsbət oldu. Əminliklə qeyd edə bilərm ki, bu gün Xəzər hövzəsi ölkələri arasında fikir birliyi fikir ayrılığına nisbətən daha çoxdur və mövcud fikir ayrılıqları da azalmaqdadır. Bütün ölkələr Xəzərin sülh dənizi olması fikrində, eləcə də Xəzərdə təhlükəsizliyin təmin edilməsinin vacibliyində israrlıdır. Xəzər əməkdaşlıq məkanı olmalıdır. Bununla yanaşı, Xəzəryanı ölkələr burada xarici qüvvələrin (hərbi qüvvələrin - İF-Az) iştirakını yekdilliklə qəbul etmirlər.
İran tərəfi Xəzər dənizinin ekologiyasının mühafizəsi və faunanın qorunması üçün şərait yaradılması məsələsini diqqət mərkəzində saxlamağı vacib hesab edir. İclasda İran tərəfi Tehran konvensiyasında Xəzər dənizinin ekologiyasının mühafizəsini nəzərdə tutan bəndlərin icrasını təklif etdi. Bütün ölkələr Xəzərin neftlə çirklənməsinin qarşısını almalıdırlar.
İran beş Xəzəryanı dövlət içində yeganə ölkədir ki, Xəzəri çirkləndirmir, çünki ölkəmiz Xəzərdə neft hasilatı ilə məşğul olmur. Biz Xəzərin çirklənməsinin qarşısını almaq üçün bütün sahilyanı dövlətlərlə əməkdaşlığa hazırıq.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İranın mədəniyyət və islami irşad naziri Əli Cənnatinin dəvəti ilə Tehranda səfərdədir. Siz bu görüşdən nə gözləyirsiniz?
-Elşad İskəndərovun səfəri hələ davam edir. Hesab edirəm ki, hadisələri qabaqlamaq və səfərin yekunlarına dair nəticə çıxarmaq çox tezdir. Lakin bizim xalqlarımızın eyni dinə etiqad etməsini nəzərə alaraq bu səfər din sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Din sahəsində, xüsusilə də dini təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Bizim ölkələrimiz müxtəlif terrorçu qruplaşmaların islam adından öz məqsədləri üçün istifadə etməsinə qarşı çıxış edir. Bununla yanaşı, ölkələrimiz ümumi mədəni irsə malikdir ki, onun da mühafizəyə ehtiyacı var. Həmçinin dini sahədə, xüsusən də yüksək dərəcəli din xadimləri arasında təcrübə mübadiləsi bu sahədə biliyin artmasına təsir göstərə bilər. Hər iki ölkə bir-birinin imkanlarından istifadə edərək İslamın və şiəliyin inkişafına və möhkəmlənməsinə töhfə verə bilər. Cənab Elşad İskəndərov həmçinin İran tərəfinə Azərbaycanda İslamın inkişaf prosesi, məscidlərin tikilməsi barədə məlumat vermişdir. Fikrimcə, ümumilikdə bu səfəri müsbət xarakterizə etmək olar.
-Cənab Pakayin, yaxın vaxtlarda İrandan Azərbaycana və əksinə hər hansı rəsmi səfərlər gözlənilirmi?
- Məlumat üçün qeyd edim ki, İranin sərhəd qoşunları komandanı general Həsən Zülfüqari azərbaycanlı həmkarı cənab Elçin Quliyevin dəvəti ilə Bakıda səfərdədir. Səfər zamanı sərhəddə təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunacaq. Allaha şükür, sərhədçilərimizin sayəsində ölkələrimiz arasındakı sərhədlər təhlükəsizdir. Biz insan alveri və narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığımızı daha da möhkəmləndirməliyik.
Gələn həftənin bazar ertəsi İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü, Urmiya vilayətini təmsil edən deputat Cavad Cahangirzadənin başçılıq etdiyi İran parlamentarilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
- Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən Qəzvin Rəşt-Astara dəmir yolunun tikintisi hansı mərhələdədir?
-Qeyd etmək istəyirəm ki, bu dəmir yolunun tikintisi müasir dizayn və layihələndirmə əsasında həyata keçirilir. Böyük işlər görülüb, Azərbaycanın rəsmi şəxsləri bu layihəni görəndə valeh oldular. Rəştdən Astaraya çəkilən dəmir yolunun bir hissəsi hələ tamamlanmamış qalır. Azərbaycan tərəfdən isə Astaradan sərhədə qədər olan hissə natamamdır.
- Cənab səfir, Əfqanıstanın neft və təbii ehtiyatlar naziri Vahidullah Şəhrani bu yaxınlarda Azərbaycanda səfərdə olub. Nazir “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi müsahibəsində ölkəsinin Əfqanıstan-Türkmənistan-Azərbaycan marşrutu ilə Avropaya yükdaşımalarında maraqlı olduğunu bildirib. Düşünürəm ki, Əfqanıstan-İran-Azərbaycan ərazilərindən keçməklə Avropaya yükdaşımalar haqqında sizin fikrinizi bilmək yerinə düşərdi. Siz İranı bu marşrutda görürsünüzmü?
- Hesab edirəm ki, ən əlverişli marşrut İran ərazisindən keçən marşrutdur. Misal üçün, Türkmənistan ərazisindən İrana, İrandan isə Azərbaycana keçmək olar. Bizim Əfqanıstanla Xorasan vilayətində də sərhədlərimiz var. Yol oradan da keçə bilər.
-Siz Suriya məsələsi ilə bağlı İranın mövqeyini dəfələrlə bildirmisiniz. Lakin soruşmaq istərdim, əgər Qərb hər hansı bəhanə ilə Suriyaya zərbə endirməyə qərar versə, İran hansı mövqeni tutacaq?
- Məlum olduğu kimi, İran və Rusiya bu gün Suriya böhranının hərbi yolla nizamlanması barədə düşünmür. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi layihəyə əsasən, Suriyanın kimyəvi silahları beynəlxalq nəzarət altına keçəcək. Biz də bunu yaxşı layihə hesab edirik. Və məlumdur ki, rəsmi Dəməşq də belə yanaşmanı dəstəkləyir. Bəşər Əsəd hökuməti tərəfindən bu cür addım göstərir ki, hökumət qüvvələri kimyəvi silah tətbiq etməyib. Fikrimizcə, terrorçuların əlində olan kimyəvi silahları da nəzarətə almaq yerinə düşərdi. Bu silahı onlara Qərb verib. Ötən ilin dekabr ayında biz ABŞ-a rəsmi müraciət edərək Suriyadakı terrorçuların kimyəvi silaha malik olması barədə xəbərdar etmişik.
Hesab edirəım ki, biz müharibə barədə düşünməməliyik. Biz hərbi əməliyyatların qarşısını almaq üçün önləyici tədbirlər görməliyik, çünki müharibə başlasa, onun sonunun nə zaman gələcəyini müəyyən etmək mümkün olmayacaq. Lakin hər bir halda müharibə başlasa, Suriya özünü müdadfiə edə biləcək. Bu müharibədə ABŞ zərər çəkəcək.
Cənab Pakayin, İranın təhlükəsizliyi təhdid altında olarsa, rəsmi Tehranın mövqeyi necə olacaq?
-Əgər İranın təhlükəsizliyi üçün hər hansı təhdid yaranarsa, biz adekvat cavab verməyə hazırırq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət