ABŞ səfiri Riçard Morninqstar jurnalistlərə hücumların yolverilməz olduğunu bəyan edib.
“Peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərə hücumlar və onların izlənilməsi Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurur”, - deyə R.Morninqstar çərşənbə axşamı Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və IREX qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş “Seçki prosesində media etikası» mövzusunda seminarda bildirib.
Səfir “Azadlıq” radiostansiyasının əməkdaşı Xədicə İsmayılova ilə bağlı yaranmış vəziyyətlə əlaqədar narahatlığını ifadə edib.
“Biz jurnalist Xədicə İsmayılovanın ətrafında yaradılan qara piarla əlaqədar çox narahatıq. Heç bir jurnalist, heç bir insan onun düşdüyü vəziyyətlə üzləşməməlidir. Siz onun dedikləri və yazdıqları ilə razılaşmaya bilərsiniz. Amma onun məruz qaldığı hücumlar yolverilməzdir. Bu hücumlar Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurur. X.İsmayılovaya qarşı hücumların dayandırılması Azərbaycanın xeyrinədir”,- deyə R.Morninqstar qeyd edib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanda KİV və söz azadlığını dəstəkləyir.
“Azad və müstəqil KİV-lər yalnız cəmiyyəti məlumatlandırmır, həm də dövlətlərin məsuliyyətini artırır”,- deyə diplomat söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri ərəfəsində jurnalistlərin ölkədə baş verən proseslərin işıqlandırılmasına daha məsuliyyətlə yanaşmaları çox vacibdir.
“Jurnalistlər informasiyanı obyektiv şəkildə çatdırmaq üçün etik normalara əməl etməlidirlər. İnformasiyanı yaymazdan qabaq onun üzərində ciddi işləmək lazımdır”, - deyə R.Morninqstar vurğulayıb.
Səfir deyib ki, Azərbaycanda bəzi KİV-lər tez-tez “şayiə və dedi-qodulara” əsaslanan məlumatlar yayırlar.
“Jurnalistlərin KİV-lərdə dərc edilən sitatların mənasını dəyişməsi hallarına tez-tez rast gəlinir, nəticədə informasiya həqiqətə uyğun gəlmir. Mən bunu həm müxalifət, həm də hökumət KİV-lərində müşahidə etmişəm. Məsələn, bir dəfə mən Bakıda iş kabinetimdə oturub qəzetlərin birindən guya məsləhətləşmələr üçün Vaşinqtona çağırılmağım barədə məlumat oxumuşam”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, belə faktlar jurnalistlərin fəaliyyətinə ziyan vurur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət