Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakı gəmiqayırma zavodunun açılış mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış sazişə əsasən, ARDNŞ, AİŞ və “Keppel” zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər.
Müəssisənin ərazisi ümumilikdə 620 min kvadratmetrdir. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər və anbarlar, istehsal və təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor binası, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilib.
Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Zavodun inşası ilə paralel olaraq, onun fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilib.
Tam fəaliyyətə başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaq. Gələcəkdə isə işçilərin sayının 2000 nəfərə çatdırılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, zavodun istifadəyə verilməsi Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı, ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət