Azərbaycan gənclərinin yarım milyon nümayəndəsi ilk dəfə prezident seçkilərində iştirak edəcək. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin rəhbəri Rövzət Qasımov bəyan edib.
“Onlardan 70 min nəfər Aərbaycanda keçiriləcək seçkilərdə ilk dəfə iştirak edəcək”, - deyə R.Qasımov “İrəli” İctimai Birliyinin reallaşdırdığı “Səs ver” kampaniyasının təqdimatında vurğulayıb.
Onun sözlərinə görə, seçki günü - oktyabrın 9-da 150 gənc seçicinin 18 yaşı tamam olacaq və onlar seçki məntəqlərində səs verə biləcəklər.
R.Qasımov qeyd edib ki, bununla əlaqədar MSK bir neçə layihə hazırlayır, Gənclər və İdman Nazirliyi ilə bir sıra tədbirlər həyata keçirir.
“Yaxın günlərdə telekanallarda gəncləri prezident seçkilərində fəal olmağa çağıran xüsusi çarxlar nümayiş etdiriləcək. Biz gənclərin ölkədə keçirilən seçkilərdə hər zaman fəal iştirak etmələrinə çalışırıq”, - deyə MSK katibliyinin rəhbəri vurğulayıb.
““İrəli” İctimai Birliyi Azərbaycan gənclərini prezident seçkilərində fəal iştiraka çağırır. Bu, xüsusilə seçkilərdə ilk dəfə tamhüquqlu seçici qismində iştirak edəcək gənclərə aiddir”, - deyə İctimai Birliyin sədri Rauf Mərdiyev bəyan edib.
Onun sözlərinə görə, prezident seçkilərində səs vermək hüququna malik olan 5 mln.-dan artıq Azərbaycan vətəndaşı iştirak edəcək. Onlardan 2 mln. nəfər gənclərdir.
Prezident seçkilərində ilk dəfə iştirak edəcək gənclərin sayı seçicilərin ümumi sayının on faizini təşkil edir.
R.Mərdiyevin sözlərinə görə, “Səs ver” kampaniyası Azərbaycan gənclərinin seçkilərdə iştirakının fəallaşmasına yönəlib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət