Bakı miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə əməkdaşlığa böyük önəm verir. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin (UNHCR) nümayəndəsi Daq Siqurdson bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan özü Ermənistandan qaçqınlar, Dağlıq Qarabağ və ətraf yeddi rayondan isə məcburi köçkünlər problemi ilə üzləşib. Bu səbəbdən həmin problemin bütün ciddiliyini anlayır.
“Qaçqınlar üçün sığınacağın müəyyən edilməsi məsələləri bütün ölkələrdə mühümdür”, - deyə D.Siqurdson Avropa İttifaqı, UNHCR və Dövlət Miqrasiya Xidmətinin (DMX) təşkil etdiyi “Şərqi Avropa və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyət Təşəbbüsü” mövzusunda seminar çərçivəsində jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, bu cür tədbirlər başqa ölkələrdə sığınacaq axtaran vətəndaşların hüquqlarının təmin olunması üzrə işlərin təkmilləşdirilməsi üçün zəruridir.
“Azərbaycan digər beş ölkə ilə birgə UNHCR və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, sığınacağın verilməsi üzrə həyata keçirilən siyasətin keyfiyyətinin təkmilləşdirilməsinə yönələn layihədə iştirak edir”, - deyə D.Siqurdson qeyd edib.
O bildirib ki, vaxtilə Azərbaycanda Çeçenistan və Əfqanıstandan olan qaçqınlar sığınacaq tapıblar.
D.Siqurdson həmçinin qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Suriyadan olan erməni qaçqınların yerləşdirilməsinə dair hesabatı əldə edib və onu Azərbaycan XİN və UNHCR-in Cenevrədəki baş ofisinə göndərib.
“Aİ “Şərq tərəfdaşlığı”na üzv ölkələrin Vilnüs sammitində Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişin imzalanmasına ümid edir”, - deyə Avropa İttifaqının Bakı nümayəndəliyinin əməliyyatlar şöbəsinin attaşesi Nikolay Bekasiak seminarda bəyan edib.
Onun sözlərinə görə, bu sənədin imzalanması Azərbaycana xarici vətəndaşların miqrasiya hüquqlarının təmin olunması üzrə öhdəliklər götürməyə imkan verəcək.
N.Bekasiak vurğulayıb ki, Aİ miqrasiya məsələlərinin həllinə böyük əhəmiyyət verir.
“Miqrasiya məsələləri çox ciddidir. Avropada yaşayan 500 mln. nəfərin dörd faizi iqtisadi miqrant və qaçqınlardır. 2007-ci ildə Aİ miqrasiya məsələlərinin tənzimlənməsi sahəsində 110 layihəni əhatə edən xüsusi proqram hazırlayıb. Bu günədək onun icrasına 300 mln. avro ayrılıb”, - deyə o qeyd edib.
Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəisi Nazim Salmanov Azərbaycanda qaçqınlara sığınacaq verilməsi sisteminin təkmilləşdirilməsinə zərurətin olduğunu qeyd edib.
“Azərbaycanda mövcud olan qaçqınlara sığınacaq verilməsi sistemi təkmilləşdirmə tələb edir”, - deyə N.Salmanov bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət