Sudan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar daim Azərbaycanın yanında olacaq. Sudanın xarici işlər naziri Əli Əhməd Karti Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı belə bəyan edib.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, Əli Əhməd Karti Azərbaycanın Sudana verdiyi dəstəyə və xüsusilə BMT Təhlükəsizlik Şurası çərçivəsində göstərdiyi dəstəyə təşəkkürünü bildirib.
Sudan dövlətinin Azərbaycanla bütün sahələrdə, xüsusən də investisiya yatırımı sahəsində əməkdaşlığa hazır olduğunu qeyd edən sudanlı nazir Azərbaycandan olan iş adamlarından ibarət biznes missiyasının təşviq edilməsini xahiş edib.
Görüşdə nazir Elmar Məmmədyarov Sudanın Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini söyləyib.
E.Məmmədyarov Azərbaycanın da Sudanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyərək iki ölkə arasında biznes missiyalarının mübadiləsinin həyata keçirilməsini təklif edib.
XİN başçısı səfər çərçivəsində Sinqapurun xarici işlər naziri K.Şanmuqam ilə də görüş keçirib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verib.
E.Məmmədyarovun Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşündə ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, xüsusilə investisiya yatırımı və enerji sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib.
Nazirlər qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq sahələr üzrə məsul dövlət qurumlarından və iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması haqda razılığa gəliblər.
E.Məmmədyarovun daha bir görüşü isveçrəli həmkarı Didye Burkhalter ilə olub.
D.Burkhalter TAP layihəsinin seçilməsi münasibəti ilə Azərbaycan XİN başçısını təbrik edib və sözügedən layihənin Avropa ölkələrinin enerji təminatına önəmli töhfə verəcəyini söyləyib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verib və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət