Azərbaycan az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələrə dəstək göstərilməsi layihələrində iştirak imkanlarını öyrənəcək.
XİN-in mətbuat xidmətinin məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə nümayəndə Gyan Açarya ilə görüş zamanı belə bəyan edib.
Nazir Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı barədə məlumat verib.
Onun sözlərinə görə, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələrdə həyata keçirilən layihələrdə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin iştirak imkanları nəzərdən keçiriləcək.
Görüş zamanı Gyan Açarya az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr qrupu barədə məlumat verərək, rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb.
BMT baş katibinin müavini Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi uğurları nəzərə alaraq, təmsil etdiyi ölkələrin inkişafı üçün Azərbaycanın yardım imkanlarının nəzərdən keçirilməsini xahiş edib.
Bundan başqa, E.Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınlarının vəziyyətinin yaxşılaşdırılması və onların işi üzrə Agentliyinin baş katibi və baş komissarı Filippo Qrandi ilə görüşüb.
Filippo Qrandi Azərbaycanın təşkilata töhfəsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət