Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) yaradılması layihəsi çərçivəsində Avrasiya Bağlantı Alyansının mənzil-qərargahı ilkin mərhələdə Azərbaycanda yerləşdirilə bilər. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Radio BMT”yə müsahibəsində bildirib.
“Azərbaycan bu layihənin təşəbbüskarıdır və biz ilk illərdə Alyansın mənzil-qərargahının respublikada yerləşdirilməsi üzrə öhdəlikləri üzərimizə götürməyə hazırıq. Bu Alyans aralarında münaqişəli məsələlərin olub-olmamasından asılı olmayaraq bütün ölkələr üçün açıq olacaq”,- deyə nazir qeyd edib.
“Azərbaycanın mövqeyi belədir ki, əgər hər hansı layihə BMT kimi beynəlxalq birliyin, beynəlxalq və hökumətlərarası təşkilatların dəstəyi ilə həyata keçirilirsə, bu baxımdan münaqişələr ümumi regional layihələrin reallaşdırılması yolunda əngəl olmamalıdır”, - deyə o bildirib.
Nazir hesab edir ki, əsas məsələ magistralların yaradılması deyil, önəmli olan belə magistrallardan istifadə etməklə regional kontenti inkişaf etdirməkdir. “Yeni tipli kontentə elektron təhsil və elektron tibb, elektron kommersiya, ticarət və s. daxildir”, - deyə söyləyən nazir əlavə edib ki, “bu mənada biz ölkələr, təbəqələr (biznes sektor və hökumət də daxil olmaqla) arasında əməkdaşlığa ehtiyac duyuruq”.
“Problem ondadır ki, biz şirkətlərin, biznes sektorun əməkdaşlığa, birgə layihələrin reallaşdırılmasına, transmilli layihələrə meylli olduğunu indi görürük. Burada onlar tez-tez ayrı-ayrı hökumətlər tərəfindən maneələrlə üzləşirlər”, - deyə Ə.Abbasov vurğulayıb.
Nazir söyləyib ki, Avrasiya ölkələrinin siyaəsti fərqlidir, “bəzi ölkələr arasında tez-tez münaqişələr baş verir ki, bu da regional layihələrin gerçəkləşdirilməsinə mane olur.
O, Azərbaycanda informasiya texnologiyaları sahəsində vəziyyətin “inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasındakı vəziyyət” kimi qiymətləndirib.
“Məsələn, əgər internet istifadəçilərinin ölkə əhalisinin sayına faiz nisbətinə nəzər salsaq, bu, təxminən 70% təşkil edir. Bu, pis göstərici deyil. İstənilən halda Azərbaycanın heç olmasa yaxın 8-10 ildə bütün ölkələrlə birgə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün gələcək inkişafa ehtiyacı var”, - deyə Ə.Abbasov bildirib.
BMT Baş Assambleyası sentyabrın 4-də keçirilən 67-ci sessiyasında Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) yaradılması layihəsi çərçivəsində Avrasiya Bağlantı Alyansının yaradılması haqqında qətnamə qəbul edib.
Layihə Avrasiya Bağlantı Alyansının İKT sahəsində davamlı inkişaf məqsədi ilə regional və beynəlxalq əməkdaşlığın sadələşdirilməsi üçün platforma kimi yaradılmasını nəzərdə tutur.
TASİM layihəsi müasir texnologiyalardan istifadə etməklə qlobal internet magistrallarına çıxışının təmin edilməsi, Qərb və Şərq arasında informasiya axınının ən qısa yolla təşkili, həmçinin informasiya texnologiyaları və resurslarından istifadənin asanlaşdırılması məqsədi daşıyır.
BMT Baş Assambleyasının qətnaməsi əsasında Azərbaycan layihənin həyata keçirilməsi üçün koordinator təyin edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət