Bu gün Avropada digər millətlərin və dinlərin nümayəndələrinə qarşı tolerant münasibətə çox az rast gəlinir, Azərbaycanda isə bu, həyat normasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov belə hesab edir.
“Avropadan fərqli olaraq Azərbaycanda başqa millətlərin və dinlərin nümayəndələrinə tolerant münasibət adi haldır”, - deyə E.İsgəndərov çərşənbə günü Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanda digər dinlərin nümayəndələrinə hər zaman hörmətlə yanaşılıb.
“Məsələn, azərbaycanlı xeyriyyəçi hacı Zeynalabdin Tağıyev müsəlman olsa da, Bakıda pravoslav kilsəsi tikdirib. 100 il sonra müsəlman olan digər azərbaycanlı isə bu kilsəni bərpa etdirib”, - deyə komitə sədri bildirib.
E.İsgəndərov vurğulayıb ki, Azərbaycan xalqı digər dinlərin və millətlərin nümayəndələrinə qarşı tolerant münasibəti əsrlər boyu davam etdirib.
“Lakin aramızda elə insanlar da var ki, onlar digər ölkələrin radikalizm üzərində qurulmuş modelinin Azərbaycanda tətbiq edilməsinə çalışırlar. Belə yanaşma yolverilməzdir və bu konfransın keçirilməsi Azərbaycanda dindarların dini maarifləndirilməsi yolu ilə radikalizmin yayılmasının qarşısını almaq məqsədi daşıyır”, - deyə o vurğulayıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət