Azərbaycanda KİV-in prezident seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi proseslərini işıqlandırması ilə bağlı heç bir problemi yoxdur. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Müstəqil Mətbuat Mərkəzinin açılışı münasibəti ilə keçirilən mətbuat konfransında bəyan edib.
“Oktyabrın 9-da Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq yüksək səviyyədədir”,- deyə MSK sədri bildirib. Onun sözlərinə görə, hər bir azərbaycanlı seçicinin seçkilər günü seçki məntəqəsində maneəsiz olaraq səs verə bilməsi üçün bütün şərait yaradılıb.
“Dünyanın hər yerində Azərbaycan vətəndaşlarının azad şəkildə səs verə bilməsi üçün lazım olan bütün şərait yaradılıb. Əgər seçici seçkilər günü öz adını seçici siyahısında tapa bilməsə, şəxsiyyət vəsiqəsini seçki məntəqəsinə təqdim etməklə öz namizədinə səs verə bilər. Beləliklə, heç bir obyektiv və subyektiv səbəb seçicilərə seçki prosesində iştirak etməyə mane ola bilməz”,- deyə M.Pənahov söyləyib.
MSK sədri qeyd edib ki, istənilən dövlət və cəmiyyətdə əsas vəzifə seçkilərin şəffaf və demokratik keçirilməsini təmin etməkdir.
“Seçkilərin demokratikliyinin və şəffaflığının təmin edilməsi üçün bir neçə aspektə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, cəmiyyət özü buna hazır olmalıdır, ölkə rəhbərliyi demokratik seçkilərin keçirilməsi üçün siyasi iradə nümayiş etdirməlidir”,- deyə o vurğulayıb. Sədrin sözlərinə görə, Azərbaycanda mövcud olan sabitlik və ölkə rəhbərliyinin siyasi iradəsi azad, demokratik və şəffaf seçkilərin keçirilməsinə imkan verir.
“Beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərə hazırlıq prosesinin necə keçməsini başqalarına nümunə göstərir”, - deyə M.Pənahov qeyd edib.
O vurğulayıb ki, seçkilərin demokratikliyinin vacib aspektlərindən biri seçki proseslərində KİV-in azad fəaliyyətinin təmin edilməsidir.
“Azərbaycanda KİV-in seçkiqabağı proseslərin işıqlandırılması və seçkilərdə iştirakı ilə bağlı heç bir problemi yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda KİV bu gün prezident seçkiləri ilə bağlı prosesləri çox fəal işıqlandırır”, - deyə MSK sədri vurğulayıb.
M.Pənahov seçkilərin müşahidə olunmasını demokratik seçki proseslərinin mühüm tərkib hissəsi adlandırıb.
“Bu gün MSK-da qeydə alınmış müşahidəçilərin sayı 40 minə yaxındır ki, bu da Azərbaycanda seçki proseslərinin demokratikliyini göstərir. Prezident seçkilərini 100 ölkəni və 50-yə yaxın beynəlxalq təşkilatı təmsil edən 1300-dən artıq beynəlxalq müşahidəçi izləyəcək”,- deyə MSK sədri vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət