Heç kimin ölkə prezidentini təhqir etmək hüququ yoxdur. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Müstəqil Mətbuat Mərkəzinin açılışı ilə əlaqədar keçirilən mətbuat konfransında prezidentliyə namizədlərin seçkiqabağı debatlarında dövlət başçısının ünvanına səslənən tənqidə münasibət bildirərkən bəyan edib.
“Ölkə prezidentinin ünvanına təhqirlər cinayətdir. Heç kimin dövlət başçısını təhqir etmək hüququ yoxdur. Bu müddəa ölkə Konstitusiyası tərəfindən tənzimlənir”, - deyə M.Pənahov vurğulayıb.
O qeyd edib ki, MSK debatlarda dövlət başçısını təhqir etmiş Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə ciddi xəbərdarlıq edib.
Onun sözlərinə görə, seçkilər ərəfəsində qarşılıqlı təhqir və söyüşlə müşayiət olunan səs-küylü debatlar dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərin ənənəvi atributudur.
“Dünya ictimaiyyəti seçkiqabağı debatlarda namizədlər və onların nümayəndələrinin bir-birini nəinki təhqir etməsinə və ləkələməsinə, həm də bir-birinə əl qaldırmasına çoxdan alışıb. Bir çox ölkələrdə seçkiqabağı debatlar zamanı vəziyyət bizdə mövcud olan vəziyyətdən daha pisdir”, - deyə MSK sədri qeyd edib.
M.Pənahovun sözlərinə görə, seçkiqabağı debatlarda iştirak namizədlərin mədəniyyət və tərbiyə səviyyələrini göstərir.
“Güclü və kamil siyasətçiləri heç kim və heç nə özündən çıxara bilməz. Siyasətçilər məhz ekstremal vəziyyətlərdə öz kamilliyini və təcrübəsini nümayiş etdirirlər”, - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət