BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik Azərbaycanın böyük təcrübə toplamasına və müəyyən beynəlxalq nüfuz qazanmasına şərait yaratdı ki, bu da gələcəkdə Bakıya kömək edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı Rasim Musabəyov oktyabrın 1-dən Azərbaycanın BMT TŞ-də başlanan ikinci sədrlik müddətini şərh edərkən bildirib.
“Fikrimcə, demək olar ki, iki ildir BMT TŞ-də yer alan Azərbaycanın artıq sədrlik etmək təcrübəsi var və ölkəmiz öz öhdəliklərini normal şəkildə yerinə yetirəcək”,- deyə o vurğulayıb.
R.Musabəyovun sözlərinə görə, BMT TŞ sədrinin funksiyaları çox məhduddur və “beynəlxalq aləmdə hər hansı fors-major hadisələrin baş verib-verməməsindən asılı olaraq Azərbaycan sədr ölkə olaraq ona verilmiş səlahiyyətlərə uyğun fəaliyyət göstərəcək”.
Politoloq qeyd edib ki, bu gün Suriya məsələsi xüsusi aktuallıq kəsb edir və lazım gələrsə, BMT TŞ-də sədrlik edən ölkə təşkilatın Təhlükəsizlik Şurasının çağırılmasını tələb edə bilər.
“BMT TŞ-də sədrlik Azərbaycana qlobal xarakterli məsələlərin həll edildiyi, qərarların qəbul olunduğu, mövqelərin razılaşdırıldığı ən böyük universal təşkilatın mətbəxində nələr baş verdiyini görməyə imkan verdi. Bu prosesdə olaraq Azərbaycan təcrübə və müəyyən nüfuz qazanıb və hətta ölkəmizin TŞ-də 2 illik səlahiyyət müddəti başa çatdıqdan sonra mənə belə gəlir ki bu təcrübə və nüfuz ölkəmizə müəyyən məsələlərdə lazımi və doğru mövqe nümayiş etdirməyə kömək edəcək. Ən başlıcası, Azərbaycan əldə etdiyi diplomatik kapitalı gələcəkdə özü üçün vacib məsələlərin həllində, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında istifadə edə bilər”, - deyə R.Musabəyov bildirib.
Siyasətçi Azərbaycanın yaxın illərdə yenidən BMT TŞ-nin qeyri-daimi üzvlüyünə iddiaçı olması ilə bağlı suala da münasibət bildirib.
“Prinsip etibari ilə bunu istisna etmək olmaz. Bunun üçün heç bir qadağa yoxdur. Çox tez-tez. Almaniya, Braziliya və digər ölkələr təkrarən BMT TŞ-nin qeyri-daimi üzvü olurlar. Bu, siyasi konyunkturadan və Bakıya dəstək göstərən dövlətlərin Təhlükəsizlik Şurasında bu dövlətlər qrupunu məhz Azərbaycanın təmsil etməsində nə qədər maraqlı olmasından asılı olacaq. Lakin mən hesab edirəm ki, bizim qarşımızda hər hansı müddətdən sonra mütləq yenidən TŞ-nin üzvü olmaq kimi vəzifə yoxdur. Həm də BMT TŞ-də müəyyən dövlətlər qrupunu təmsil edə biləcək tərəfdaşlar da var”, - deyə R.Musabəyov qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət