“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycan Şən və Hazırcavablar Klubu (ŞHK) Liqasının rəhbəri Anar Sultanovla müsahibəsi
- Yaxın vaxtlarda Bakıda Şən və Hazırcavablar Klubunun Azərbaycan Prezidenti Kuboku uğrunda beynəlxalq turniri keçiriləcək. Turnir barədə nə deyə bilərsiniz?
-Turnir oktyabrın 23-də Heydər Əliyev adına Sarayda keçiriləcək. Tədbirə Beynəlxalq ŞHK İttifaqının Yüksək Liqasının komandaları: indiki çempionlar, Soçi Yay Kubokunun sahibləri “Triod və Diod” (Smolensk), Kamızyak vilayətinin (Həştərxan) yığması, “Raisı” (İrkutsk), Dnepr (Dnepropetrovsk vilayətinin yığması) və “Parapaparam (Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti ) komandaları qatılacaq.
Turnirə həmçinin Beynəlxalq ŞHK İttifaqının prezidenti Aleksandr Maslyakov da dəvət olunub. Bununla yanaşı, turnirdə adı çəkilən komandalarla yanaşı, “Bakı yığması” ŞHK (Azərbaycan) də iştirak edəcək. Mən bilirəm ki, bizim gənc komandamıza 5-6 il səhnə təcrübəsi olan komandalarla yarışmaq çətin olacaq. Bakı yığma komandası 2011-ci ildə Azərbaycan Respublikası ŞHK Liqası tərəfindən yaradılıb. Mövcud olduğu müddətdə bu komanda Mərkəzi Krasnodar Liqası, Birlik Kuboku, Krasnodar vilayətinin Kiçik Qubernator Kuboku və Yurmalada keçirilən KiViN-2013 musiqi festivalının qalibi olub. Bununla yanaşı, bizim klubun üzvləri Minskdə (Belarus) birinci Televiziya Liqasının ¼ finalına vəsiqə qazanıblar.
Demək istəyirəm ki, Bakıya gələcək komandaların malik olduğu qədər olmasa da, komandamızın müəyyən təcrübəsi var. Ümid edirəm ki, Bakı yığması ümidlərimizi doğruldacaq.
-Azərbaycanda belə bir tədbirin keçirilməsində məqsəd nədir?
-Bilirsiniz ki, Bakıda 10 ildən çoxdur ŞHK yox idi. ŞHK qismən mövcud idi: “Qara qızıl”, “Neftçi”, “Bakılı ekspromt” komandaları var idi. Onlar çıxış etdilər, lakin alınmadı. Hazırda “Bakı yığması” ŞHK Mərkəzi Voronej Liqasının yarımfinalçısı olaraq Beynəlxalq ŞHK İttifaqına Azərbaycanda hər zaman ŞHK-nin var olduğunu, yaşadığını və yaşayacağını nümayiş etdirmək, eləcə də istifadə etmək üçün potensiala malikdir. Bütün bunların baş verməsi üçün - mən yaradıcılığı nəzərdə tuturam, platforma, özül olmalıdır.
Sualdan bir qədər kənara cıxacağam. “Bakılı oğlanlar” bir vaxtlar ŞHK aləmində çox böyük işlər görüblər. Onlar beynəlxalq arenada sübut etdilər ki, Azərbaycan ŞHK komandası ən şən, ən hazırcavab, ən ağıllı komandadır. Mən demirəm ki, tarix təkrarlanmalıdır. Yox. Liqa bütün komandalar üçün açıqdır. Mən liqanın rəhbəri olaraq Azərbaycanı təmsil edəcək istənilən komandaya kömək etməyə hər zaman şad olaram.
Sizin sualınıza gəlincə, bizim keçirməyi planlaşdırdığımız turnir Azərbaycanda ŞHK-nin inkişafına təkan vermək, yəni respublikada ŞHK hərəkatına yeni impuls, stimul vermək məqsədi daşıyır.
-Sizə dövlət səviyyəsində hər hansı dəstək göstərilirmi?
Əlbəttə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Gənclər və İdman Nazirliyinin dəstəyi olmadan biz heç nə edə bilməzdik. Mən bu qurumların rəhbərliklərinə Bakı yığma komandasının yaradılmasında göstərdikləri köməyə görə minnətdaram. İl yarımdır ki, onlar bizi müntəzəm olaraq dəstəkləyirlər. Aleksandr Maslyakovun Bakıya səfəri məsələsi qaldırılanda onlar dərhal müsbət cavab verdilər.
Bu gün Azərbaycanda gənclərə böyük diqqət ayrılır. Azərbaycan prezidenti İlham Əliyev öz gərgin iş qrafikinə baxmayaraq, bu sahəyə xüsusi diqqət yetirir. Buna görə də biz Azərbaycan Prezidenti Kubokunu təşkil etmək qərarına gəldik. Bu, Azərbaycan tarixində ilk Prezident Kuboku olacaq və ümid edirəm ki, sonuncu olmayacaq. Hesab edirəm ki, bu turnir keçirildikdən sonra ŞHK komandaları yenidən bizim gözəl Bakımızda olmağı arzu edəcəklər.
- Yeri gəlmişkən, Aleksandr Vasilyeviç barədə. Biz onu səhnədə görməyə alışmışıq. O, Bakıya tamaşaçı, yoxsa ŞHK-nin əvəzolunmaz aparıcısı qismində gələcək?
-Aleksandr Vasilyeviç “Azərbaycan Prezidenti Kuboku” beynəlxalq turnirinin aparıcısı olacaq. Sərbəst formada iki saat davam edəcək tədbir planlaşdırılır. Hər bir komanda nəyə qadir olduğunu, nəyi bacardığını nümayiş etdirəcək. Bakı yığma komandası turnirə ev sahibliyə etməsinə baxmayaraq, çıxışına görə qonaq komandalardan geri qalmamalıdır.
- “Bakı yığması”nın tərkibində “Bakılı oğlanlar” komandasının üzvlərindən iştirak edənlər olacaqmı?
- Xeyr. Səhnədə gənc komanda olacaq. Qonaqlarımız da gənclərdən ibarət komandalardır. “Bakılı oğlanlar” komandasına gəlincə, əlbəttə, onlar tamaşa zalında olacaq və komandamızı dəstəkləyəcəklər. Mən ümid edirəm ki, “Bakılı oğlanlar” bütün komanda heyəti ilə birgə bu tədbirdə iştirak edəcək.
Sizə həm doğma divarlar arasında, həm də beynəlxalq səhnələrdə uğurlu çıxışlar arzu edirəm.
-Təşəkkür edirəm. “Bakı yığması”nı dəstəkləməyə gəlin!
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət