SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) müəssisə və təşkilatlarında fəaliyyət göstərmiş və təqaüdə çıxmış sabiq işçilərin tibbi təminatını yaxşılaşdırmaq, onlara yüksək səviyyədə tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə oktyabrın 1-də ARDNŞ və “PAŞA Sığorta” ASC arasında könüllü tibbi sığorta müqaviləsi imzalanıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Müqaviləyə əsasən, sığorta şirkəti Könüllü Tibbi Sığorta Proqramı çərçivəsində ARDNŞ-in sabiq əməkdaşları üçün təcili tibbi yardım, ambulator-poliklinik və stasionar müalicə kimi xidmətlərin təşkilini öz üzərinə götürür.
Sığorta proqramı üzrə tibbi xidmətdən yararlanmaq istəyən təqaüdçülər qeydiyyata alınmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasında “PAŞA Sığorta” şirkətinin nümayəndələrinə müraciət edərək, əmək kitabçasının və təqaüdçü statusunu əks etdirən sənədin notariat qaydada təsdiqlənmiş surətlərini, həmçinin ARDNŞ-in təşkilat və müəssisələrində işlədiklərini təsdiq edən arayışı təqdim etməlidirlər.
Xəbər verildiyi kimi, hazırda SOCAR şirkətində fəaliyyət göstərən əməkdaşlar “PAŞA Sığorta” şirkətində könüllü tibbi sığorta üzrə sığortalanıblar.
“Paşa Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti fəaliyyət göstərmək üçün lisenziyanı 2006-cı ilin iyul ayında alıb. ASC 31 sığorta növü üzrə xidmət göstərir, nizamnamə kapitalı 40 mln. manata bərabərdir. Şirkət 2012-2013-cü illərdə əldə etdiyi sığorta haqları və həyata keçirdiyi ödənişlərin həcminə görə liderdir.
2013-cü ilin 8 ayı ərzində “PAŞA Sığorta” 32 mln. 846,460 min manat sığorta haqqı toplayıb, 17 mln. 541,186 min manat məbləğində ödəniş edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət