“İnterfaks-Azərbaycan” agentliyinin MDB-nin Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə müsahibəsi.
- Bir neçə saat sonra keçiriləcək Azərbaycan prezidenti seçkilərinə hazırlıqla bağlı ümumi təəssüratlarınız necədir?
- Gördüklərimizə əsasən, Azərbaycanda seçki kampaniyası yüksək səviyyədə keçirilir. Dairə və məntəqə seçki komissiyaları seçkilərə dair bütün lazımi qanunvericilik aktları, metodik tövsiyələr, təlimatlar, informasiya materialları, müvafiq avadanlıq, o cümlədən şəffaf seçki qutuları ilə təmin olunub. Seçici siyahıları dəqiqləşdirilib.
Dairə seçki komissiyalarının sədrləri ilə seçkilərin təşkili və keçirilməsi məsələləri ilə əlaqədar kurslar təşkil olunub. Həmçinin məntəqə seçki komissiyalarının üzvləri üçün təlimlər kçeirilib.
Səsvermə və səslərin hesablanması prosedurunun maksimum açıq və aşkar olması üçün, habelə pozuntu və saxtalaşdırma hallarının qarşısını almaq məqsədi ilə 1 min veb-kamera quraşdırılıb. Bu, əvvəlki prezident seçkilərində olduğundan iki dəfə çoxdur.
- MDB-nin müşahidə missiyası neçə regionu əhatə etməyi planlaşdırır?
- Səsvermə günü missiyanın nümayəndələri Azərbaycanın bütün rayonlarında, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında seçki məntəqələrinə baş çəkəcəklər. Onlar seçkilərdə səsvermə üçün məntəqələrin açılmasından məntəqə seçki komissiyaları tərəfindən səsverməyə yekun vurulmasına qədər müxtəlif mərhələlərdə iştirak edəcəklər.
- MDB-nin müşahidə missiyası Azərbaycanda fəaliyyətini beynəlxalq təşkilatların müşahidə missiyaları ilə əlaqələndirəcəkmi? Əgər əlaqələndirəcəksə, bu, necə baş verəcək?
- Biz aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə daim əlaqə saxlayırıq. Prezident seçkilərinin monitorinqi zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiya rəhbəri Tana de Zulueta ilə görüş keçirilib. Biz belə əlaqələri daim və ekspertlər səviyyəsində saxlayırıq.
- Ötən seçkilərin təcrübəsindən irəli gələrək demək olar ki, bəzi Avropa təşkilatlarının müşahidəçiləri Azərbaycanda seçki prosesini kəskin tənqid edirlər. MDB missiyasının yekun hesabatlarında isə hər zaman Azərbaycanda seçkilər haqqında müsbət rəy bildirilir. Sizcə, MDB missiyasının fəaliyyəti digər təşkilatların fəaliyyətindən nə ilə fərqlənir? Bəzi Avropa təşkilatlarının müşahidəçilərinin bəzən əvvəldən tənqid etmək mövqeyi tutması fikrini necə şərh edərdiniz?
- Biz fikir ayrılığını faciə etmirik. Bizdə bir-birimizin hesabatlarını tənqid etmək qəbul olunmayıb. Bundan başqa, biz rəylərimizin obyektivliyi məqsədilə dəfələrlə seçki prosesinin monitorinqinin vahid meyarlarını hazırlamağı təklif etmişik və edirik. Düşünürük ki, o zaman fikir ayrılıqları daha az olacaq.
Missiyamızın işi digərlərindən onunla fərqlənir ki, bizdə müşahidə üçün icbari hüquqi xarakter daşıyan baza yaradılıb. Bu, MDB-yə üzv-dövlətlərdə demokratik seçki standartları haqqında Konsepsiya, MDB-nin müşahidə missiyası haqqında Əsasnamədir. Bildiyim qədər, digər təşkilatlarda bu cür sənədlər yoxdur.
Onu da qeyd etmək istərdim ki, missiyamızın əsas vəzifəsi seçkilərin Qərb müşahidəçiləri tərəfindən təqdim olunan hansısa mücərrəd beynəlxalq “normalara” deyil, milli qanunvericiliyə uyğunluğunu qiymətləndirməkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət