Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün səhər saat 8:00-da başlayan prezident seçkilərində seçicilərin fəal iştirak edəcəyinə ümid edir.
“Hesab edirəm ki, azərbaycanlı seçicilər bütün dünyada prezident seçkiləri keçirilən zaman olduğu kimi fəallıq nümayiş etdirəcəklər”, - deyə o, seçkilərin başlamasının elan edilməsindən öncə keçirilən mətbuat konfransında bildirib.
MSK sədri vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.
“Mənə belə gəlir ki, seçicilər yaxın beş il üçün öz gələcəklərinə biganə qalmayacaq və arzu etdikləri namizədə səs verəcəklər”, - deyə M.Pənahov əlavə edib.
Onun sözlərinə görə, MSK seçki prosesinin maksimal dərəcədə şəffaf və milli qanunvericiliyə müvafiq şəkildə keçirilməsi üçün bütün tədbirləri görüb.
M.Pənahov mətbuata müraciət edərək deyib ki, plüralizm Azərbaycan xalqının həyat tərzinə çevrilib. O, jurnalistləri seçkilərin gedişini yalnız MSK-nın binasında media-mərkəzdən deyil, həm də bilavasitə seçki məntəqələrindən işıqlandırmağa çağırıb.
“Azərbaycan ictimaiyyəti seçkilərin necə keçirildiyini bilməlidir. Bu məsələ mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda formalaşan vəziyyətə müxtəlif rəng verməyə çalışan qüvvələrə ölkədə real vəziyyətin necə olduğunu nümayiş etdirmək lazımdır”, - deyə MSK sədri vurğulayıb.
M.Pənahov ehtimal edib ki, seçkilərdə bu və ya digər namizədin liderliyi haqqında səsvermə günü axşam saat 23:00 radələrində fikir bildirmək mümkün olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət