Yaxın beş il ərzində İlham Əliyev ölkə prezidenti kimi Azərbaycana rəhbərliyini davam etdirəcək. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov çərşənbə günü prezident seçkilərinin yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib.
“Bu gün axşam saat yeddidə prezident seçkiləri başa çatdı. Azərbaycan seçiciləri azad formada iradələrini ifadə edərək yaxın beş il üçün öz prezidentlərini seçdilər”, - deyə Ə.Əhmədov vurğulayıb.
Onun sözlərinə görə, bir sıra təşkilatların keçirdiyi “exit-poll”un nəticələrinin əsasında cəsarətlə bəyan etmək olar ki, İlham Əliyev yenidən ölkə prezidenti oldu.
“Seçkilər baş tutdu. Bir neçə saatdan sonra Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini elan edəcək. Lakin keçirilən “exit-poll”arın nəticələrinə əsasən artıq indidən bəyan etmək olar ki, İlham Əliyev seçicilərin 83% səsini toplayıb”, - deyə Ə.Əhmədov vurğulayıb.
YAP-ın sədr müavini bildirib ki, müxalifət nə seçkiqabağı dövrdə, nə də səsvermə prosesində dövlət başçısına layiqli müqavimət göstərmək iqtidarında olmayıb.
“Müxalifətin, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının seçkilərin normal gedişinə mane olmaq cəhdlərinə baxmayaraq, Azərbaycan vətəndaşları səsvermə prosesində öz iradələrini ifadə ediblər”, - deyə Ə.Əhmədov qeyd edib.
İcra katibi əmin olduğunu bildirib ki, yaxın beş ildə Azərbaycan prezident İ.Əliyevin rəhbərliyi altında uğurla inkişaf etməkdə davam edəcək. İ.Əliyev ölkə üzrə ÜDM-i iki dəfə artırılmasını, dövlətin beynəlxalq arenada mövqelərinin gücləndirilməsini, iqtisadiyyatın uğurlu inkişafının davam etdirilməsini qarşıya məqsəd qoyub.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan cəmiyyəti öz aksiyalarında yalnız az sayda tərəfdaş toplaya bilən müxalif qüvvələri dəstəkləmir.
“Müxalifətin mitinqlərinə gələn şəxslərin sayı hər dəfə azalırdı. Uduzanlar şərəflə uduzmağı bacarmalıdırlar”, - deyə YAP-ın sədr müavini bildirb.
Ə.Əhmədov “Azadlıq” radiosunu Azərbaycanda gedən proseslərin işıqlandırılmasında qeyri-obyektivlikdə və qərəzlilikdə ittiham edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət