Prezident seçkilərində İlham Əliyev seçicilərin 84,59% səsini toplayıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə axşamı mətbuat konfransında bəyan edib.
Seçkilərdə fəaliyyətdə olan dövlət başçısına 3 mln. 118 min 287 seçici səs verib.
Onun sözlərinə görə, seçkilərdə iştirak 72,1% təşkil edib.
“Göründüyü kimi, fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev prezident seçkilərinin nəticələrinə görə böyük fərqlə liderlik edir”, - deyə MSK sədri vurğulayıb.
Səsvermənin yekunlarına görə, Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli ikinci yer tutub – 5,54% və ya 204 min 209 seçici səsi.
M.Pənahovun sözlərinə görə, MSK-ya 26 seçki məntəqəsindən protokollar daxil olmaqda davam edir.
“Məcburi köçkünlərin səs verdiyi 26 seçki məntəqəsindən protokollar sırf texniki səbəblərdən MSK-ya hələ ki çatdırılmayıb. Biz beynəlxalq müşahidəçilərlə söhbətlər zamanı qaçqın və məcburi köçkünlər problemini hər zaman qaldırırıq”, - deyə MSK sədri qeyd edib.
Mərkəzi Seçki Komissiyasının Müstəqil Mətbuat Mərkəzinin saytında dərc olunan məlumatlara əsasən, Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə seçicilərin 2,38% (87 min 818), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev 1,9% (73 132), müstəqil namizəd, Milli Məclisin deputatı Zahid Oruc 1,45% (53 346), Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov 1,07% (39 296), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 0,86% (31 750), Milli Dirçəliş Hərəkatı Partiyasinin sədri, Milli Məclisin deputatı Fərəc Quliyev 0,86% (31 569), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0,66% (24 248), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov (Cəlaloğlu) 0,61% (22 567) səsini qazanıb.
“Bu, son məlumatlar deyil. Protokolların işlənməsi prosesi davam edir. Yaxın günlərdə son məlumatlar məlum olacaq. Bütün protokollar MSK-ya daxil olduqdan sonra on gün ərzində Konstitusiya Məhkəməsinə göndəriləcək”, - deyə M.Pənahov qeyd edib.
“Biz prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edirik. O, böyük fərqlə qalib gəlib. Təbii ki, digər strukturlar kimi biz də onu təbrik edirik. Lakin İlham Əliyev Konstitusiya Məhkəməsinin qərarı ilə rəsmi olaraq prezident elan olunacaq”, - deyə MSK sədri vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan seçiciləri yaxın beş il üçün dövlət başçısını müəyyən edərək de-fakto seçimlərini ediblər. Beynəlxalq təşkilatlar seçkilərin gedişini yüksək qiymətləndiriblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət