Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin müşahidə missiyaları Azərbaycan xalqını prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib.
“Seçkilər günü biz seçicilərə hər hansı təzyiq faktının şahidi olmadıq. Bundan başqa, məntəqələrdə polis nümayəndələrini görmədik, söz azadlığı ilə bağlı ciddi problemlər hələ qalsa da, seçkilər demokratik şəraitdə keçirildi”, - deyə Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlaçi cümə axşamı mətbuat konfransında qeyd edib.
“Biz Azərbaycana demokratiya öyrətmək üçün gəlməmişik. Seçkilər günü biz demokratik seçkilərin şahidi olduq”, - deyə P.Arlaçi bildirib.
O vurğulayıb ki, seçkilər zamanı onun nəticələrinə təsir edə biləcək hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.
AŞPA və Avropa Parlamentinin birgə bəyanatında prezident seçkilərinin şəffaf və demokratik keçirildiyi deyilir.
“Müşahidələrimiz göstərdi ki, Azərbaycan əhalisinin əksəriyyəti bir nəfərə səs verib və İlham Əliyev seçkilərdə qələbə qazanıb”, - deyə P.Arlaçi bildirib.
Son məlumatlara görə, İ.Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,59% səsini toplayıb. O, üçüncü dəfə prezident postuna seçilir. İ.Əliyev 2003-cü ildə birinci seçkilərdə 79,46%, 2008-ci ildə ikinci seçkilərdə 88,73% səs toplayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət