Fövqəladə Hallar Nazirliyinin (FHN) Su Ehtiyatları Dövlət Agentliyi 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 1,7 mln. manat vəsait alacaq.
Müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
1,7 mln. manat məbləğində vəsait Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyində olan qurumların istismar xərci, işçilərinin əməkhaqqı və digər sosial ödənişlərin ödənilməsi üçün ayrılacaq. Vəsait Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əhəmiyyətli su anbarlarının istismarının lazımi səviyyədə təşkili və onların işlək vəziyyətdə saxlanılması, habelə həmin Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədi ilə nəzərdə tutulub.
Qərarda vurğulanır ki, Ceyranbatan, Mingəçevir və Şəmkir su anbarlarından müvafiq olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti su təchizatı üçün götürdüyü, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral, Yuxarı Şirvan, Yuxarı Qarabağ və Şəmkir Maşın kanalları vasitəsilə suvarma üçün götürdüyü və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Mingəçevir İstilik Elektrik Stansiyasının soyuducu sistemi üçün götürdüyü suyun dəyərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə ödəməlidir.
Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinə tapşırıb ki, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Su Ehtiyatları Dövlət Agentlyinin balansında olan su obyektlərindən sudan pullu istifadə qaydalarının müəyyən edilməsi barədə təklifləri bir ay müddətində hazırlasın.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət