Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Moskva sakini Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun saxlanması zamanı ciddi hüquq pozuntularına yol verilməsi haqqında bəyanatla çıxış edib.
“KİV-də və internet portallarında nümayiş etdirilmiş kadrlardan göründüyü kimi, O.Zeynalov saxlanılan zaman xüsusi təyinatlı polis qüvvələri tərəfindən zərurət olmadan ona qarşı güc tətbiq edilməsi, kobud rəftar, müxtəlif bədən xəsarətləri yetirilməsi, ləyaqəti alçaldan davranış insan hüquqlarına dair normaların ciddi pozuntusudur”, - deyə ombudsmanın bəyanatında bildirilir.
Sənəddə qeyd edilir ki, ağır cinayətin törədilməsində təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılan zaman Rusiyanın daxili işlər nazirinin xidməti otağına ləyaqəti alçaldılmış şəkildə gətirilib. Saxlanma prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməyib, O.Zeynalov vaxtında vəkil və tərcüməçi ilə təmin edilməyib, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan KİV-də cinayətkar, qatil adlandırılıb, bu isə beynəlxalq hüquq normalarının, həmçinin Rusiya Konstitusiyasının, Rusiya Federasiyası cinayət-prosessual qanunvericiliyinin və hüquqi dövlətin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulmasıdır.
“Məlum olduğu kimi, uzun illərdir Rusiyada azərbaycanlılar, Azərbaycanda isə ruslar sülh şəraitində yaşayırlar. Məişət zəminində baş verən bu kimi cinayət hadisəsinin etnik səviyyəyə qaldırılması, millətlərarası münaqişəyə səbəb ola biləcək şəkildə Rusiyada çalışan bütün miqrantların qovulmasına çağırışlar edilməsi yolverilməzdir. İstər Rusiyada, istərsə də Azərbaycanda ruslar tərəfindən azərbaycanlıların öldürülməsi hallarına Azərbaycanda heç vaxt milli zəmindən yanaşma müşahidə edilməyib. Çoxmillətli ölkə olan Rusiyada da bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşılmalıdır”, - deyə Azərbaycan ombudsmanın bəyanatında qeyd olunur.
E.Süleymanovanın sözlərinə görə, saxlanılan O.Zeynalova qarşı tətbiq edilən qanunazidd, zorakı, ləyaqəti alçaldan hərəkətlər diskriminasiyanın bariz təzahürüdür.
Azərbaycan ombudsmanı Rusiyanın federal ombudsmanı V.P.Lukini səlahiyyətli orqanlarla birgə məsələnin hüquq müstəvisində dərindən araşdırılmasına, O.Zeynalovun və digər azərbaycanlı miqrantların hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsinə çağırıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət