ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı və İrəvanı bir gün əvvəl Azərbaycan və Ermənistan qoşunlarının Füzuli rayonu ərazisindəki təmas xəttində planlaşdırılmış monitorinqin pozulmasına səbəb olan insidenti araşdırmağa çağırırlar.
Vasitəçilərin ATƏT-in saytında yerləşdirilmiş bəyanatında qeyd edilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçiləri təmas xəttinin cənub istiqamətində keçirilən monitorinqdə iştirak ediblər. Hər iki tərəfin yerli komandirlərindən təhlükəsizlik zəmanətləri alandan sonra ATƏT-in hər iki komandası müşahidə nöqtəsinə çatanda, atəş səsləri eşidilib. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün olmayıb. Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən şəxsi nümayəndə monitorinqi keçirməməyə qərar verib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri başa düşürlər ki, ATƏT-in monitorinq keçirməsinə kömək edən hər kəs yüksək peşəkarlıq nümayiş etdirir. Vasitəçilər hesab edirlər ki, bu cür istisnalı və təəssüf doğuran insidentlər şəxsi nümayəndənin və onun komandasının işini, eyni zamanda 1994-cü ilin mayında əldə olunan atəşkəs razılaşmasını pozur. Həmsədrlər müvafiq rəsmiləri hadisəni dəqiqliklə və qərəzsiz araşdırmağa çağırır”, - deyə bəyanatda bildirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət